Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ankaradan strateji gediş

05.01.18, 15:59
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyə, Fransa və İtaliya arasında hava-raket hücumundan müdafiə sistemləri barədə müqavilə imzalanıb

Türkiyə, Fransa və İtaliya arasında hava hücumundan müdafiə və raket sistemlərinin birgə inkişafı və istehsalı barədə müqavilə imzalanıb.
Fransa-İtaliya birgə müəssisəsi “Eurosam” və Türkiyənin “Aselsan”, “Roketsan” şirkətləri arasındakı müqaviləyə Parisdə Fransa və Türkiyə prezidentləri arasında keçirilən görüş zamanı imza atılıb.
Sənədə əsasən 3 NATO ölkəsinin birgə raket proqramı 2020-ci ilin ortalarında hazır olacaq. Anlaşma çərçivəsində raket hücumundan müdafiə sistemləri, radara görünməyən hərbi təyyarələr və pilotsuz uçuş aparatlarının istehsalı nəzərdə tutulur. “Ortaq fəaliyyətlər çərçivəsində Türkiyənin hava və raket hücumundan müdafiə sistemlərinin inkişaf etdirilməsi ilə yanaşı, ixracat və üç ölkə arasında uzunmüddətli hərbi əməkdaşlıq imkanları da nəzərdə tutur”, - deyə “Eurosam”ın açıqlamasında deyilir.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Fransaya səfər edib və həmkarı Emmanuel Makron ilə görüşüb.
Xatırladaq ki, Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri satın alınması barədə bu ölkə ilə müqavilə imzalayıb. S-400 sistemləri NATO-nun müvafiq sistemlərinə inteqrasiya olunmayacaq. Türkiyə, Fransa və İtaliya tərəfindən hazırlanacaq hava-raket hücumundan müdafiə sistemləri isə NATO-ya inteqrasiya ediləcək.

Bu xəbər oxundu
- - -