Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İranda əhalinin sosial vəziyyəti son dərəcə ağırdır”

08.01.18, 13:08
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Əlimusa İbrahimov: “Millət ruhani rejiminin boş vədlərindən cana doyub”

“İranda baş verən hadisələr ətrafında müzakirələr iki səbəbdən bir müddət sakitləşməyəcək kimi görünür”: Bu fikirləri konfliktoloq Əlimusa İbrahimov bildirib: “Birincisi, ona görə ki, İran mövzusu uzun illərdir ki, beynəlxalq aləmi zəbt edib və bundan sonra da illərlə zəbt edəcək. İkincisi, ona görə ki, İran kimi teokratik ölkələrdə baş verən nümayiş və etirazlar belə asanlıqla yatırılmır və uzun illər davam edən qanlı müharibələrə çevrilir. Liviyada, Suriyada, İraqda, Yəməndə olduğu kimi. Etiraz nümayişlərinin baş vermə səbəbləri haqqında politoloq və konfliktoloqlar arasında müxtəlif versiyalar irəli sürülür: xalqın sosial vəziyyətinin acınacaqlı olması, İrandakı müxtəlif qruplar arsında baş verən hərc-mərcliyin əks-sədası, Prezident Ruhaninin seçkiqabağı verdiyi vədlərin yerinə yetirilməməsi və sair. Hər bir versiya diqqətəlayiqdir və etiraz nümayişlərinin başlama səbəbi kimi haqq qazana bilər. Amma, nəzərə almaq lazımdır ki, İranda əhalinin sosial vəziyyəti həqiqətən də son dərəcə ağırdır. Millət ruhani rejiminin boş vədlərindən cana doyub, sabaha bəslədikləri umid hər keçən gün azalır, işsizlik cavanları öz ağuşuna alıb. Amma iranlılar mövcud vəziyyətlərini Suriya, İraq, Liviya, Yəməndə olan vəziyyətlə müqayisə edəcək qədər ağılsız deyillər. Orta Şərqi bürüyən müharibə, dağıntı və səfalətin onları cəlb etməsi inandırıcı deyil”. Onun sözlərinə görə, ölkədə bir-birinə müxalifətdə olan mühafizəkar və mötədil kimi qruplar təbii ki, mövcuddur və onlar zaman zaman siyasət səhnəsində, hakimiyyət bölgüsü uğrunda qarşı-qarşıya dururlar. Amma onlar ölkəni xaosa aparacaq etirazlar dalğasının səbəbkarı olmaqdan çox-çox uzaqdırlar. Əksinə, ölkənin, rejimin varlığına olan hər hansı bir təhlükə bu qüvvələri bir-birinə daha da yaxınlaşdırır: “İran İslam İnqilabından bu günə qədər Amerika və onun region üzrə müttəfiqlərinin İrana qarşı atdıqları addımların hamısı nəticəsiz qalıb. Hətta zamanında İran-İraq müharibəsi də İranın güclənməsinə gətirib çıxarmışdı. Bu gün İran kabusu Amerikanın müttəfiqləri ilə birlikdə yuxusuna haram qatıb... O da bəllidir ki, Ruhani seçkiqabağı kompaniyada verdiyi sözü, vədləri yerinə yetirməyib və bundan sonra da yetirəcəyi sual altındadır”.
Konfliktoloq qeyd edib ki, paradoksal olsa da, İrandakı son nümayişlərin İran dövlətinin özü tərəfindən və rejimi qorumaq, onun ömrünü daha da uzatmaq məqsədi ilə təşkil olunması versiyası üzərində dayanırıq . Bu nəticəyə gəlməyimizin səbəbləri aşağıdakılardır: “Nümayişlər bütün ölkəni deyil, əsasən farslar yaşayan kiçik şəhərləri əhatə edir, türk, kürd, talış və digər millətlərin nümayəndələri etirazçı qismində iştirak etmir. İranda tarix boyu Türklərin qoşulmadığı inqilabın nəticəsi olmayıb. Ruhani rejimi türklərin bu prosesdə yer almasını bacarmayıb. Sonradan nümayişi dağıtmaq mümkün olmaya bilərdi-səbəbindən. Digər bir məsələ ondan ibarətdir ki, etirazçı qüvvələr əhalinin ən aşağı təbəqəsini əhatə edir və təbii ki, pis təşkilatlanıb və tez yatırıla biləndir. Tarixdən məlumdur ki, cəmiyyətin ən fəal hissəsini orta təbəqə təşkil edir və bu təbəqənin rəhbərlik etdiyi inqilablar müəyyən nəticəyə gətirib çıxara bilir. Deməli, orta təbəqə bu etirazlarda maraqlı olmayıb və etirazlar sunidir. Ən nəhayət, hakimiyyətdəki qüvvələr özlərini çox rahat hiss edir, xarici düşmənlərin növbəti təxribatlarının boşa çıxması haqqında bəyanat verirdilər”.

Bu xəbər oxundu
- - -