Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rusiyanı terrorçu dövlət elan etmək üçün Amerika “tələləri”

09.01.18, 11:26
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Jurnalist, “Qordon” internet nəşrinin qurucusu Dmitri Qordon “112 Ukrayna” telekanalının efirində bildirib ki, Rusiyanın terrorçu dövlət elan edə bilərlər. Qordon bildirib: “Rusiyaya münasibətdə Amerika tələləri qurulub – mən bunu dəqiq bilirəm. Artıq heç nə ona kömək edə bilməz – nə girovların azad edilməsi, nə də başqa addımlar. Bir dövlət kimi öz işiylə məşğul olmayan Rusiyanın axırına çıxmağı hədəfləmiş magistral qərarlar alınıb. Bu gün Rusiyanın səviyyəsi (məsələn, ÜDM həcmi) özünü o cür aparmağa imkan vermir. Bu, (10 ildən çoxdur kikboksinqlə məşğul olsam da) Vitali Kliçko ilə rinqə çıxmağım kimi bir şeydir. O məni kotletə döndərər. Və düz edər. Buna görə də Rusiyanın super ağır çəkili dünya çempionuyla öcəşməsi o cür görünür”.
“Strateq” ehorussia.com-a istinadən yazır ki, jurnalist bu cür əsas tələni RF prezidenti Vladimir Putinə yaxın biznesmenlərin aktivləri haqda ABŞ-ın fevralda dərc etməli olduğu məruzəni hesab edir. “Konqres qərar qəbul edib ki, ABŞ maliyyə kəşfiyyatı, MKİ, FTB fevralın 2-də Rusiya elitasıyla, Putinə yaxın adamlarla bağlı maliyyə sənədlərinin hamısını göstərməlidir. Bütün hesablar, mülklər, daşınmaz əmlak orada olacaq. Sonra nə olacağını ancaq sezmək mümkündür. Düşünürəm ki, pullara həbs qoyacaqlar və bu adamlar onu daha heç vaxt görməyəcəklər”, – deyə jurnalist mülahizə edib.
İkinci “tələ” Malayziyanın ən böyük təyyarəsinin 2014-cü ilin iyulunda Donbas üzərindəki qəzasının araşdırılmasıdır. O zaman 298 adam həlak olub. Beynəlxalq istintaq qrupunun nəticələrinə əsasən, MN17 reysi Rusiyadan gətirilmiş “Fıstıq” kompleksiylə Rusiyayönlü döyüşçülərə tabe ərazidən vurulub.
Jurnalist deyib: “Bu məsələ üzrə iş yekunlaşıb. Bunu kim edib – artıq aydındır. Nəticələr millimetr dəqiqliyi ilə səsləndiriləcək: bu “Fıstıq” kimindir, onu Ukrayna ərazisinə kim gətirib, ona kim qulluq edib, düyməni kim basıb, niyə rusiyalıların uçduğu Larnaka-Moskva reysini deyil, onu vurublar… Axı, başa düşdüyüm qədər, sxem bu cür olub: rusiyalıların təyyarəsini vurmaq (bu versiyanı xüsusən də UTX-nin keçmiş başçısı Valentin Nalivayçenko səsləndirib), sonra isə demək: “Baxın, bu əclaf xoxollar nə edirlər! Bizim təyyarəmizi vururlar!” Və bir anda böyük hərbi dəstələrlə Ukraynaya girib cənubi-şərq ərazisini qoparırlar. Amma həmişəki kimi insan amili işini görüb – başqa təyyarəni vurublar”.
Daha bir “tələ” – Smolensk faciəsinin araşdırılmasıdır: 2010-cu il aprelin 10-da Polşa prezidenti Lex Kaçinskinin xanımıyla və 86 hökumət nümayəndəsinin yerləşdiyi Tu-154 təyyarəsi yerə çırpılıb. Təyyarədəki adamların hamısı həlak olub. Polşa Müdafiə Nazirliyində hesab edirlər ki, bortda partlayış baş verib, araşdırmanın nəticələrini yazda dərc etməlidirlər.
Jurnalist deyib: “Mən hamını (keçmiş xalq deputatı, Ukrayna Qəhrəmanı, UTX general-leytenatı) Qriqori Omelçenkoyla “Qordon”dakı qalmaqallı müsahibəyə müraciət etdirirəm. Bu, saat 10.00-da (14 dekabr 2017) çıxıb, 12.00-da isə Putinin mətbuat konfransı idi. Bu vaxta kimi artıq dünyanın yarısı bu müsahibəni oxumuşdu (Omelçenko müsahibədə xüsusən də deyib ki, “FTX-nin təmizləmə qrupu Smolensk yaxınlığında aviaqəzada sağ qalanların hamısını güllələyib”) və Polşa jurnalisti ayağa durub Putinə təyyarəyə görə sual verib. Putin mətbuat konfranslarında əzəmətlidir, özünü çox gözəl tutur, qəşəng hazırlığı var və ümumiyyətlə, görkəmli siyasətçidir, amma burada birdən təmkinini itirib və onun bütün içini ələ verən ifadəni tələffüz edib. Rusiyada həmişə deyiblər ki, partlayış olmayıb, hər şey hava şəraiti üzündən baş verib. O burada deyib ki, guya hətta partlayış olubsa da, onda partladıcı qurğunu harada yerləşdiriblər, Varşavada? Onda bunu özünüzdə axtarın. Yəni o, artıq mümkün sayır ki, orada partlayış olub”.
Qordon hesab edir ki, Moskvanın bütün bu cinayətlərə aidiyyəti sübut olunsa, Rusiyanı terrorçu dövlət elan edə bilərlər. Jurnalist düşünür: “Yəni Rusiya dövlətinin bütün bu məqamlarla əlaqəsi sübut olunsa, (bu isə sübut olunacaq), Rusiyanı terrorçu dövlət, Rusiya rəhbərliyini isə terrorçu elan edə bilərlər. Sonra – vəssalam! Çağdaş dünyada istənilən dövləti boğmaq olar. Əzmək üçün külli miqdarda rıçaqlar var. Məsələ siyasi istək və müddətdədir”.

Bu xəbər oxundu
- - -