Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Monoetnik Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli ölkədir”

09.01.18, 12:25
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rövşən Rzayev: “Bu gün Azərbaycanda bir sıra xalqların nümayəndələri çiyin-çiyinə yaşayırlar”

“Monoetnik Ermənistandan fərqli olaraq Azərbaycan beynəlxalq təşkilatların digər dövlətlərə nümunə göstərdiyi dərin milli və dini dözümlülük tarixi olan çoxmillətli ölkədir. Bu gün Azərbaycanda bir sıra xalqların nümayəndələri çiyin-çiyinə yaşayırlar. Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa dünya təcrübəsində mövcud olan ən yüksək özünüidarə statusu verməyə hazırdır. Ancaq bir daha təkrar edirəm, tarixi torpaqlarımızın qoparılması ilə biz heç vaxt razılaşmayacağıq”. Bu fikirləri millət vəkili Rövşən Rzayev səsləndirib. Onun sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycan xalqına yeni il müraciətində aydın şəkildə anlatdı ki, bu gün Dağlıq Qarabağ münaqişəsi ətrafında Ermənistanı ümidləndirə biləcək əvvəlki vəziyyət daha yoxdur: “Prezident qeyd etdi ki, 2016-cı ilin aprel məğlubiyyətindən sonra Ermənistanın irəli sürdüyü heç bir şərt qəbul edilməyib”.
Millət vəkilinin sözlərinə görə, artıq 25 ildir ki, Ermənistan işğalı davam etdirir, Azərbaycan torpaqlarının hesabına öz ərazisini daha da genişləndirmək niyyətini də gizlətmir: “Bütün bunlar beynəlxalq hüquqa ziddir. Dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar, BMT isə 1992-ci ildə sərhədlərin dəyişilməzliyini tanıyaraq bizi öz sırlarına qəbul edib. Ermənistanın belə yolverilməz ədalətsizliyinə beynəlxalq strukturların göz yummasının məntiqini anlaya bilmirəm. Dağlıq Qarabağ münaqişəsinin başlanmasının əsas səbəbi – Ermənistanın Azərbaycana yeni ərazi iddialarıdır. Ermənistan münaqişənin lap əvvəlindən mahiyyətini təhrif etdiyi “öz müqəddəratını təyinetmə” anlayışından yapışıb. Beynəlxalq hüquqa dair bütün sənədlərdə tam dəqiqliklədeyilir ki, milli azlıqların öz müqəddəratını təyin etməsi konstitusiya hüququ əsasında, dinc yolla baş verməlidir. Öz müqəddəratını təyinetmə ölkənin hamı tərəfindən tanınan sərhədləri və ərazi bütövlüyü prinsipi ilə ziddiyyət təşkil edə bilməz və etməməlidir. Əksinə, milli azlıqlar ölkənin ərazi bütövlüyü çərçivəsində ən geniş muxtariyyətədək öz müqəddəratlarını təyin edə bilərlər və dünyada bunun nümunələri çoxdur.
Qarabağ münaqişəsinə dair bütün beynəlxalq sənədlər – BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Assambleyasının 14 mart 2008-ci il tarixli qətnaməsi və başqaları Azərbaycanın ərazi bütövlüyünü təsdiq edirlər. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsini dəstəkləyən digər beynəlxalq təşkilatların da sənədləri vardır. Lakin Ermənistan bu sənədələrə hələ də məhəl qoymur...
İş o yerə çatıb ki, Qarabağ separatçıları Azərbaycan və Ermənistan arasındakı danışıqlar masasında yer tutmağa və hətta dövlət quruluşu hüququ ilə müstəqil subyekt kimi çıxış etməyə cəhdlər göstərirlər. Amma belə çəhdlər iflasa məhkumdur. Bu tanınmayan qurumun dırnaqarası “siyasətçiləri” və “nazirləri” öz fəaliyyətlərinin nə qədər sərsəm göründüyünü dərk edə bilmirlər. Axır ki, onlar da başa düşməlidirlər: problemin həllinin bircə yolu var – Azərbaycan Respublikasının Dağlı Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında sülh dialoqu başlamalıdır”.

Bu xəbər oxundu
- - -