Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Tərəflər öz ambisiyalarından geri çəkilməyəcək

10.01.18, 9:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kertis Skaparotti yanvar ayında Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimovla görüşməsi nəzərdə tutulub. Bel bir görüşün Bakıda keçirilməsi, Azərbaycanın neytral mövqeyi və əlverişli geosiyasi strateji əhəmiyyətindən irəli gəlir. Bunu politoloq Məhəmməd Əsədullazadə bildirib.
Politoloq qeyd edib ki, NATO Əfqanıstana logistika dəstəyinin bir qismini Azərbaycan üzərindən edir və Alyansla ölkəmiz arasında təhlükəsizlik əməkdaşlığı yüksək səviyyədədir. Təbii ki, Rusiya ilə Azərbaycan arasında hazırkı siyasi durum normaldır və hərbi-texniki sahəsində əməkdaşlıq yüksək səviyyədədir. NATO-nun generalı ilə Rusiya arasında Cənubi Qafqazda təhlükəsizlik məsələləri, həmçinin Qarabağ münaqişəsinin hazırkı vəziyyətidə müzakirə olunacaq: “Çünki NATO Gürcüstanda fəal hərbi iştirakını artırır və özünün Şərqə genişlənməsində Azərbaycanında xüsusi yeri var. Alyans regionda əsas münaqişə olan Qarabağ konfliktinin həllində artıq maraqlıdır və problemin həllinin uzanması geosiyasi maraqlarına cavab vermir. Xüsusu olaraq qeyd edim ki, bu görüşdə Şərqi Avropada vəziyyət əsas müzakirə predmeti olacaq. Ona görə ki, NATO birləşmiş komandanlığı Polşa və Pripaltikada öz hərbi qüvvələrinin sayını artırır. Bununla bərabər Rusiyada analoji addımı atır. Tərəflərin Şərqi Avropada silahlanması, həm də qarşı-qarşıya dayanması, istənilən situasiyada müharibə riskini artırır. Artan təhlükəsizlik problemlərinə görə iki tərəfin görüşünə ehtiyac var idi. Görüşdə Suriya, Şimali Koreya və İranda müzakirə olunacaq. Bu görüş Alyansla Rusiya arasında müəyyən qədər müsbət atmosfer yaratsa da, tərəflər öz ambisiyalarından geri çəkilməyəcək”.

Bu xəbər oxundu
- - -