Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“ABŞ Avrasiyaya nəzarət etmək istəyir”

10.01.18, 9:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bu sözləri politoloq Tofiq Abbasov deyib. O bildirib ki, ABŞ-a bu işdə mane olan bir neçə dövlət var ki, bunlar da Rusiya, Çin və İrandır: "Məsələ ondadır ki, ABŞ ümumiyyətlə, Əfqanıstanda öz mövcudluğunu həm möhkəmlənəndirir, həm say etibarı ilə artırır, həm də orda hərbi texnikanın cəm olmasını təmin edir. Bu ondan irəli gəlir ki, Əfqanıstan bir növ nəzarətə oturuşmayan dövlətdir. Onun müxtəlif nöqtələrində xüsusi təyinatlı şəxslər terror dəstələri hazırlayır. ABŞ bu proseslərin bilavasitə həm təşkilatçısı, həm də təminatçısı kimi çıxış edir. Əfqanıstan ABŞ üçün Mərkəzi Asiya dövlətləri ilə həmsərhəd olduğuna görə daha da əhəmiyyətlidir. Çünki burada ABŞ-ın razılığı və iştirakı ilə müxtəlif terrorçu qruplar və terror şəbəkələri özü də gizlətmədən Mərkəzi Asiya dövlətlərində hərəkətə keçmək istədiklərini bildirirlər. Onların əsas məqsədi bu ərazilərdə qanuni hakimiyyətləri devirməkdir".
Politoloq qeyd edib ki, digər tərəfdən, Əfqanıstan ABŞ-ın 1 nömrəli düşməni olan İranla da həmsərhəddir: "Əfqanıstan həm də Pakistanla yaxın ölkədir ki, son zamanlar ABŞ-ın bu ölkə ilə də münasibətləri pisləşib. Açıq-aşkar ABŞ siyasətçiləri Pakistan rəhbərlərinin rəsmi Vaşinqtonun dediklərini qeyd-şərtsiz əməl etməklərini istəyir. Nəhayət, burada Çin amili var. ABŞ əsasən ölkələrdə qeyri-stabil vəziyyətin yaranmasına şərait yaradır. İlk növbədə ABŞ həmin ölkənin daxilində islahatların getməsinə məhəl qoymayaraq, ancaq hərbi sahəni gücləndirməyə çalışırsa, bu o deməkdir ki ABŞ həssas, qeyri-stabil bölgələrdə yalnız öz maraqlarının təmin olunmasını istəyir. Sonra hərc-mərclik vəziyyətində ABŞ-ın bölgədə müxtəlif strukturları vasitəsi ilə hərəkət edən terrorçu qrupların hamısı həmin yerlərdə yerləşdirilir".
Politoloq vurğulayıb ki, ABŞ-ın bu planı çox ikibaşlı, üçbaşlı və təhlükəlidir: "ABŞ siyasilərinin üzdə qətiyyətlə dünyada təhlükəsizlikdən, sabitlikdən danışmaları onların həqiqətdə də bu istiqamətdə işlər gördüyünə dəlalət etmir. Onlar daha çox əks istiqamətdə hərəkət edirlər. Özlərinə dost bilmədikləri ölkələri, xalqları çaşqın vəziyyətə salmağa çalışırlar. Onların elitalarından, yəni onların özlərinə lazım olmayan ölkə başçılarından azad olandan sonra da parçalanma siyasətini davam etdirirlər. ABŞ "parçala və hökm sür et” prinsipi ilə bütün dünyanı xaosa qərq etməklə ümumi vəziyyətə hakim olmaq niyyətindədir. Ancaq bu plan artıq Yaxın Şərqdə iflasa uğrayıb. Deməli, digər yerlərdə də bu planın iflasa uğrayacağını proqnozlaşdırmaq olar".

Bu xəbər oxundu
- - -