Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan ilə Polşa arasında çox sıx əməkdalıq var”

10.01.18, 11:55
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Aydın Mirzəzadə: “İki ölkə arasında iqtisadi əlaqələr ildən-ilə artır”

“Polşa hökumətində 9 yeni nazirin təyin edilməsinin Azərbaycanla Polşa arasında yüksək səviyyəli əlaqələrə təsir edəcəyini düşünmürəm”. Bunu millət vəkili, Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib. O qeyd edib ki, bu məsələlər hər bir ölkənin daxili işidir: "Hökumət daxilində dəyişiklik etmək, eyni zamanda siyasi şəraitdən asılı olaraq kadrları yeniləmək sadəcə olaraq, ölkədə hakimiyyətin öz siyasətini daha səmərəli etmək istəyindən irəli gəlir. Bu məsələdə biz Polşaya uğurlar arzulayırıq. Polşa Azərbaycanla yaxın dostluq əlaqələri olan, Azərbaycanın ərazi bütövlüyünü tanıyan ölkədir". A.Mirzəzadə bildirib ki, tarixən Azərbaycanda polyak icması yaşayıb, indi də kiçik də olsa polyak icması var və Azərbaycanın dövlət quruculuğunda fəal iştirak edirlər, onlar Azərbaycanın çox sədaqətli vətəndaşlarıdırlar: "Beynəlxalq aləmdə stabilliyin və təhlükəsizliyin yaranması məsələlərində Azərbaycan ilə Polşa arasında çox sıx əməkdalıq var, iki ölkə arasında əlaqələr güclüdür, ticarət-iqtisadi əlaqələr ildən-ilə artır. Hakimiyyətdə hansı siyasi qüvvənin olmasına baxmayaraq, Azərbaycanla Polşa arasında əlaqələr həmişə yüksək səviyyədə olub və bundan sonra da yüksək səviyyədə olacağına hər hansı narahatlıq yoxdur".
Qeyd edək ki, Polşa prezidenti Anjey Duda baş nazirin xahişi ilə 9 yeni nazir təyin edib.

Bu xəbər oxundu
- - -