Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“20 Yanvar faciəsi əvvəlcədən planlaşdırılmışdı”

10.01.18, 11:55
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Bütün faktlar təsdiq edir ki, Azərbaycan xalqına qarşı törədilən 20 Yanvar faciəsi əvvəlcədən planlaşdırılmışdı”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, deputat, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva deyib.
20 yanvar hadisələrindən 28 il ötdüyünü xatırladan G.Baxşəliyeva vurğulayıb ki, 20 yanvar faciəsi böyük imperiyanın Azərbaycan xalqına qarşı silahlı təcavüzü idi: “Çox böyük faciə baş verdi və istər keçmiş SSRİ-nin rəhbərliyi, istərsə də o zamankı Azərbaycan rəhbərliyi bu faciəyə görə, məsuliyyət daşıyır. Azərbaycana silahlı qüvvələrin yeridilməsi və digər bütün faktlar təsdiq edir ki, 20 yanvar faciəsi əvvəlcədən planlaşdırılmışdı. Bu faciəni törətməkdə məqsəd Azərbaycan xalqının azadlıq ruhunu, istiqlaliyyəti uğrunda apardığı mübarizəni sındırmaq idi. Ancaq həmin çirkin məqsədli qüvvələr öz istəklərinə nail ola bilmədilər”. G.Baxşəliyeva bildirib ki, o zaman ümummilli lider Heydər Əliyevin bütün təhlükələrə baxmayaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlməsi, bu hadisələr haqqında bütün dünyaya düzgün məlumat verməsi sanki xalqın yarasının üzərinə su çiləmişdi.
İnstitut direktoru əlavə edib ki, 20 Yanvar faciəsi haqqında ərəb dilində broşur nəşr edilib və bu broşurlar bütün ərəb dilli ölkələrdə yayılacaq ki, insanlar o vaxt Azərbaycanda baş verən hadisələr haqqında ətraflı məlumat alsınlar.

Bu xəbər oxundu
- - -