Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

AŞPA-nın münaqişələr üzrə Alt Komitəsinin iclasının tarixi açıqlanıb

10.01.18, 14:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Fransanın paytaxtı Parisdə yanvarın 16-da Avropa Şurası Parlament Assambleyasına (AŞPA) üzv dövlətlərin münaqişələr üzrə Alt Komitənin iclası keçiriləcək.
İclasda Dnestryanı münaqişəsi ilə bağlı məsələ müzakirə olunacaq.
Bir müddət əvvəl komitənin sədri Ştefan Şennak “Report”a müsahibəsində bildirmişdi ki, Avropa Şurası Parlament Assambleyasının Alt Komitəsi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan müzakirələrdə hələlik fasilə yaranıb. Onun sözlərinə görə, fasilənin yaranması AŞPA-nın Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçisi, Böyük Britaniyadan olan deputat Alan Mealein səlahiyyət müddətinin bitməsi ilə bağlıdır: "Onun AŞPA yanında missiyası ötən ilin sonunda başa çatıb. Alt Komitə çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müzakirələr bu ilin əvvəlində Ermənistan üzrə yeni həmməruzəçinin seçilməsindən dərhal sonra başlayacaq".

Bu xəbər oxundu
- - -