Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

MSK siyasi partiyaların maliyyə hesabatlarını qəbul etməyə başlayıb

11.01.18, 10:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Mərkəzi Seçki Komissiyası(MSK) siyasi partiyaların 2017-ci il üzrə maliyyə hesabatlarını qəbul etməyə başlayıb.
Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.
Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.
Qeyd edək ki, Azərbaycan Ədliyyə Nazirliyində 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Onlardan yalnız 45-i 2016-cı il üzrə illik maliyyə hesabatını MSK-ya təqdim edib. Digər 10 partiya – Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Milli Demokrat İdrak Partiyası, Azərbaycan Kəndli Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Tərəqqi Partiyası, Milli Qurtuluş Partiyası hesabat verməyib. Həmin partiyalar barəsində hər hansı cəza tədbiri görülməyib.

Bu xəbər oxundu
- - -