Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rusiya açıqladı: AŞPA-ya getmirik

11.01.18, 10:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiya Avropa Şurası Parlament Assambleyasının işində iştirak etməyəcək. Federasiya Şurasının AŞPA-dakı nümayəndə heyətinin üzvü Aleksey Aleksandrov AŞPA milli nümayəndə heyətlərinə qarşı ayrı-seçkiliyin yolverilməzliyinə dair qanun qəbul etməyənə qədər vəziyyətin belə davam edəcəyini bildirib: “Bu məsələdə AŞPA-nın mövqeyi əsasdır və əgər Assambleyanın qaydalarına müvafiq dəyişikliklər edilsə, Rusiya bu struktur çərçivəsində öz işini davam etdirməyə hazırdır. AŞPA-nın işində müsbət dəyişikliklər olunana qədər Rusiya Assambleyanın işinə qatılmaqdan imtina edəcək. AŞPA prinsipial olaraq hələ də belə bir qərar qəbul etmir, çünki bu, Rusiyaya təzyiq göstərən ümumi sanksiyalar siyasətini poza bilər”.

Bu xəbər oxundu
- - -