Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“2018-ci ildə TANAP layihəsi işə düçəcək”

11.01.18, 11:24
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışında qeyd etdiyi kimi, 2017-ci il çox böyük iqtisadi islahatlar ili kimi səciyyələndirilir”. Bunu deputat Aydın Hüseynov deyib. Aydın Hüseynov bildirib ki, 2017-ci ildə həyata keçirilən iqtisadi strategiya çox düzgündür və birbaşa Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən proqramlar özünü tamamilə doğrultdu:
“Baxmayaraq ki, dünyada maliyyə böhranı yaşanır, ancaq Azərbaycanda 2017-ci il ümumdaxili məhsulda artımla yekunlaşdı. Bu ona əsas verir ki, 2018-ci ildə də Azərbaycanın uğurları davam edəcək, böyük layihələr həyata keçiriləcək. 2018-ci ildə TANAP layihəsi işə düçəcək və Azərbaycanın təbii qazı Türkiyəyə və sonrakı illərdə isə Avropaya çatdırılacaq. Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə işləyəcək və bilirsiniz ki, bu dəmir yolunun 10 milyon tondan artıq yükdaşıma qabiliyyəti var. Eyni zamanda, bu xətt vasitəsilə 1 milyondan artıq sərnişin daşınması proqnozlaşdırılır”.
Deputat əlavə edib ki, ümumilikdə necə ki, 2017-ci il iqtisadi islahatlar ili kimi səciyyələndirilir, 2018-ci il də ölkə iqtisadiyyatında böyük uğurların əldə olunması ilə yadda qalacaq.

Bu xəbər oxundu
- - -