Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“ Minsk qrupunu dəstəkləməyə davam edəcəyik“

11.01.18, 12:55
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qətiyyətli həlli üçün ATƏT-in Minsk qrupunun işini dəstəkləməyə davam edəcək".
Bunu ATƏT-ə sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfano yanvarın 11-də Vyana şəhərində keçirilən ATƏT-in Daimi Şurasında deyib.
ATƏT-in fəaliyyətdə olan sədri vurğulayıb ki, bütün həll olunmamış münaqişələrə diqqətimiz yüksək və dəyişməz olaraq qalacaq: "İtaliya 2018-ci ildə ATƏT-ə sədrlik çərçivəsində təşkilata daxil olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur ki, bu, əsas prinsiplərdən biridir".

Bu xəbər oxundu
- - -