Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Putin iddiaları rədd edib

12.01.18, 7:56
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiya rezidenti Vladimir Putin Rusiyanın ABŞ və Avropa ölkələrinin seçki kampaniyalarına müdaxiləsinə dair israrlı iddiaları bir daha rədd edib.
Yanvarın 11-də bir qrup redaktor və media təmsilçiləri ilə görüşündə Putin Rusiya və Birləşmiş Ştatlar arasında münasibətlərin gərginləşməsinə görə Vaşinqtonu ittiham edib.
Putinin bu bəyanatlarından bir gün əvvəl ABŞ Senatının üzvü Ben Kardin son iki onillik ərzində Rusiyanın Avropa boyunca siyasətlərə iddia edilən müdaxiləsinə dair hesabatı açıqlamışdı.
Bu hesabatda Rusiyanın hərəkətləri ilə bağlı heç bir ölçü götürmədiyinə görə prezident Tramp da tənqid olunur.
ABŞ kəşfiyyatının və Konqres üzvlərinin Rusiyanın 2016-cı il seçikisinə müdaxiləsi ilə bağlı bəyanatları Moskva-Vaşinqton münasibətlərini gərginləşdirməkdə davam edir.
Buna baxmayaraq, Putin Kardinin hesabatı barədə konkret heç nə deməyib, iddiaları ümumən rədd edib.
Televiziya ilə göstərilən çıxışında Putin deyib:
“Mənim nəzərimcə bu, tamamilə səhvdir. Özünün daxili siyasi məsələlərinə kiminsə qarışmasını heç kim istəməz. Bizim amerikalı dostlarımız isə bunu xüsusən xoşlamırlar”.
Putin getdikcə pisləşməkdə olan münasibətlər barədə belə deyib:
"Hazırda bu, bizdən asılı bir məsələ deyil, ABŞ-dan asılı məsələdir. Onlar xoş məram nümayiş etdirəcəklərmi? Onlar özlərində mərdlik tapıb və sağlam düşüncə nümayiş etdirib başa düşəcəklərmi ki, əslində Rusiya ilə münasibətlərin yaxşılaşdırılması Birləşmiş Ştatların da milli marağındadır? Amerikalılar özlərinin daxili siyasi çəkişmələrində Rusiya kartını oynadıqca bizim münasibətlərimiz korlanacaq”.

Bu xəbər oxundu
- - -