Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İndiki Azərbayca yüzillik tarixin varisidir”

12.01.18, 11:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Fuad Muradov : “Bu ilin AXC ili elan olunması ilə biz övlətimizi dünya miqyasında təbliğ etmək imkanlarına malik olacağıq”


“Azərbaycan Prezidentinin indiyə kimi atdığı hər bir addım ölkəmizin milli mənafeyinə, dövlətimizin maraqlarını qorumaqla perspektivli inkişafa xidmət edib. 2018-ci ilin ölkəmizdə “Cümhuriyyət ili” elan edilməsi də tək Azərbaycanın daxilində deyil, bütün dünyada qəbul edilir”. Bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib. Komitə sədrinin sözlərinə görə, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti" ilinin elan edilməsi dövlətiçiliyimizin daha da inkişaf etdirilməsində, dünya səviyyəsində Azərbaycanın tanınmasında atılan mühüm addımların davamıdır: "Bu qərardan irəli gələn öhdəliklərlə bağlı hər bir Azərbaycan vətəndaşı Prezidentə dəstək olmalıdır. Ölkə başçısı atdığı addımları ilə əvvəllər söylədiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam” fikrini bir daha təsdiq etmiş olur. Bunu hər bir Azərbaycan vətəndaşı görür və yüksək qiymətləndirir”. Şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda qurulduğunu vurğulayan F. Muradov söyləyib ki, indiki Azərbayca yüzillik tarixin varisidir: "Bu ilin AXC ili elan olunması ilə biz övlətimizi dünya miqyasında təbliğ etmək imkanlarına malik olacağıq. Bu bizim üçün böyük avantajdır və cənab Prezidentin bu addımı hər birimizə daha düzgün yol göstərdi. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev Məhəmməd Əmin Rəsulzadə ailəsinə, Azər Rəsulzadəyə, Rais Rəsulzadəyə daim diqqət və qayğı göstərib. Bu qayğı və diqqət bu gün də ulu Öndərin siyasi kursunun davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın ilk parlament rəhbəri Əlimərdan bəy Topçubaşovun Fransanın paytaxtı Parisin Sen-Klu (Saint-Cloud) qəbiristanlığındakı məzarında qəbirüstü abidə ucaldılıb və tarixi əhəmiyyətə malik sinə daşı ölkəmizə gətirilərək Nizami muzeyinin ekspozisiyasına daxil edilib. Prezident İlham Əliyevin göstərişi ilə əməkdar rəssam Rais Rəsulzadənin 70 illik yubileyi keçirilib, fərdi sərgisi açılıb və kitabı nəşr edilib. Azərbaycan gəncləri adından Prezidentinin addımını alqışladığımızı bildirir və hər zaman dövlətçilik və müstəqilliyimizin qorunub saxlanmasına töhfə verəcəyimizə söz veririk".

Bu xəbər oxundu
- - -