Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“ATƏT-in Minsk Qrupu adından təxminən 13 sənəd açıqlanıb”

12.01.18, 11:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Ermənistan parlamentinin vitse-spikeri, hakim Respublika partiyasının mətbuat xidmətinin rəhbəri Şarmazanovun son fikirləri həyasızlıq, savadsızlıq və yalanın erməni hakim elitasında simbioz yaşadığının göstəricisidir”. Bunu politoloq Mübariz Əhmədoğlu E. Şarmazanovun fikirlərini şərh edərkən deyib: I. “Azərbaycan və Türkiyədə hələ başa düşməyiblər ki, Qarabağ vətəndaşları Azərbaycandan deyil, SSRİ-dən müstəqil olublar”. Milli siyasətin təkmil olduğu SSRİ-də milli-dövlət quruluşu 5 iyerarxiyadan ibarət idi:
I. Mədəni muxtariyyət
II. Milli mahal
III. Muxtar vilayət
IV. Muxtar respublika
V. Müttəfiq respublika
Politoloq əlavə edib ki, SSRİ dövründə yalnız 15 müttəfiq respublikanın formal da olsa ayrılmaq hüququ var idi: “Müttəfiq respublikaların tərkibində olan hətta muxtar respublikaların elə hüququna eyham yox idi. DQMV Azərbaycan SSR-nin tərkibində muxtar respublika da deyil, muxtar vilayət idi”.
II. “Ermənistan və “Artsax” (Dağlıq Qarabağ) yersiz ittihamlar əvəzinə, Azərbaycan təmsilçiləri Azərbaycan haqqında beynəlxalq məruzələri oxusunlar. “Artsax” (Dağlıq Qarabağ) vətəndaşları demokratik azad və suveren respublika qururlar”.
İkinci fikrə münasibət bildirən M. Əhmədoğlu qeyd edib ki, 2009-cu ilin iyulun 10-dan etibarən ATƏT-in Minsk Qrupu adından təxminən 13 sənəd açıqlanıb: “Bunların heç birində “Artsax”, “Dağlıq Qarabağ xalqı”, “Dağlıq Qarabağ ermənisi”, “Dağlıq Qarabağ Respublikası” terminləri yoxdur”.
III. Baltikyanı dövlətlərə səfər edən Ermənistan parlamentinin vitse-spikeri, parlamentdə Ermənistan-Litva, Latviya, Estoniya dostluq qrupunun rəhbəri E.Şarmazanov bu dövlətlərin Dağlıq Qarabağla əlaqəli mövqeyini dəyişməyə cəhd etdi. Eyni zamanda “erməni soyqırımının” Latviya və Estoniya tərəfindən tanınmasına dair ciddi tələblər ortalığa qoydu. Yalnız Litva “erməni soyqırımını” tanıyır. Politoloq vurğulayıb ki, E.Şarmazanova görə, Baltikyanı dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü tanıması Avropa İttifaqı və ATƏT-ə ziddir: “Son iki bəyanat Avropa İttifaqının Brüssel sammitindən sonra verilib. Avropa İttifaqının Brüssel sammiti “Şərq Tərəfdaşlığı” layihəsinin üzv dövlətlərinin ərazi bütövlüyünə dəstək verdi. Üzv dövlətlər ərazisindəki münaqişələrin həllinə ərazi bütövlüyü prinsipinin prioritetliyi ilə vahid yanaşma nümayiş etdirilir. Baltikyanı dövlətlər Avropa İttifaqının, Azərbaycan və Ermənistan “Şərq Tərəfdaşlığı” layihəsinin üzv dövlətləridir”.

Bu xəbər oxundu
- - -