Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Müşfiq İsayevin xatirəsinə həsr olunan turnir

16.01.18, 11:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Yanvarın 16-da Bakı İdman Sarayında Müşfiq İsayevin xatirəsinə həsr olunan sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında 21-ci açıq respublika turniri start götürüb. Beynəlxalq turnir 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.
Dünya Güləş Birliyinin qaydalarına əsasən sərbəst güləşçilər Olimpiya çəki dərəcələri olan 48, 55, 65, 80 və 110, yunan-Roma güləşçiləri isə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində mübarizə aparırlar. Turnirdə 2001-2002-ci il təvəllüdlü idmançılar güclərini sınayırlar. İki gün davam edəcək turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiyadan olan güləşçilər də iştirak edirlər. Yarışların birinci günündə yunan-Roma, ertəsi gün isə sərbəst güləşçilər xalça üzərinə çıxacaqlar.

Bu xəbər oxundu
- - -