Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“2018-ci il Azərbaycan üçün əhəmiyyətli olacaq”

17.01.18, 12:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“2018-ci il Azərbaycan üçün əhəmiyyətli bir il olacaq: "2018-ci il - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ili və həm də Prezident seçkiləri ilidir. Ona görə də bu möhtəşəm tarix digər məsələlərlə yanaşı, həm də iqtisadiyyatın səmərəliliyinin artırılması sahəsində və əhalinin sosial vəziyyətində də müsbət iz buraxmalıdır”. Bu fikirləri millət vəkili Əli Məsimli səsləndirib. O vurğulayıb ki, iqtisadiyyatın səmərəliliyini artırmaq və əhalinin güzəranını yaxşılaşdırmaq sahəsində Azərbaycanın yetərincə potensial imkanları var. Sistemli islahatlar genişləndirilsə və dərinləşdirilsə, iqtisadiyyatımızın həm real, həm maliyyə, həm də sosial sektorlarında vəziyyəti xeyli dərəcədə yaxşılaşdırmaq olar: “Ona görə də ciddi islahatlar həyat keçirməklə yerli istehsalın inkişafını sürətləndirmək, əmək məhsuldarlığını artırmaq, monopoliyanın təsir dairəsini məhdudlaşdırmaq istiqamətində ciddi işlər görülməlidir. Son vaxtlar inhisarçılığın zəiflədilməsi istiqamətində müəyyən addımlar atılsa da, bu, hələlik ölkədə inhisarçılığın aradan qaldırıldığını deməyə əsas vermir. İnhisarçılar, rəqabəti boğmaqla, eyni zamanda həm də iqtisadiyyatın şaxələnməsinə, elmi-texniki tərəqqinin inkişafına, əmək məhsuldarlığının artmasına, məhsulun keyyfiyyətinin yüksəlməsinə, onun rəqabət qabiliyyətinin dinamikasına mənfi təsir göstərirlər. İnhisarçılıq həm də qiymətin süni surətdə artırılmasına və məhsulun tələb və təklifin təsiri altında yaranan bazar qiymətləri ilə deyil, inhisar qiyməti ilə satılmasına, istehsalın həcminin azaldılmasına səbəb olur. Rəqabət Məcəlləsinin qəbulu tezləşdirilməli, antiihisarla bağlı təşkilati tədbirlər həyata keçirilməlidir". Millət vəkili hesab edir ki, qarşıya qoyulan iqtisadi uğurlara nail olmaqdan ötrü rəqabətə geniş meydan verilməlidir. Həmçinin bazara daha çox şirkətlərin çıxmasına şərait yaradılmalıdı: "Bununla da həmin iş adamları qiyməti aşağı salmaqla uduş əldə etsinlər. Qiyməti qaldırmaqla yox, daha çox mal satmaqla dövriyyədən qazanmaq üsuluna keçilsə və digər sivil bazar münasibətlərinin üsullarından istifadə olunsa, qiymət artımını xeyli dərəcədə səngitmək olar. İnflyasiya 5 faizi ötəndə, bu səviyyədə qiymət artımı əhalinin güzəranına nəzərçarpan dərəcədə mənfi təsir göstərir. Ötən il hökumətin birrəqəmli inflyasiyaya hədəflənmiş 7 faizlik proqnozuna qarşı, onun 13 faizi, ərzaq məhsulları üzrə isə 16 faizi ötməsi, gəlirlərin isə cəmi 7 faiz artımı şəraitində əhalinin, xüsusən də aztəminatlı təbəqənin güzəranına ciddi, orta təbəqənin güzəranına qismən mənfi təsir göstərdi. Ona görə də büdcə təşkilatlarında çaılışanların maaşlarının, pensiya və müavinətlərin nəzərəçarpan dərəcədə qaldırılmasına ehtiyac var. Bu il bu sahədə addımlar atılacaq".

Bu xəbər oxundu
- - -