Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Prezident Administrasiyasının yeni şöbə müdiri təyin edilib

17.01.18, 14:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilib.
Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov təyin edilib.
Qeyd edək ki, Etibar Nəcəfov yeni təyinata qədər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.
Etibar Əli oğlu Nəcəfov 1963-cü il martın 7-də Gəncədə ziyalı ailəsində anadan olub.
1980-ci ildə Daşkəsən rayonunda orta məktəbi, 1985-ci ildə Leninqrad Dövlət Universitetinin fəlsəfə fakültəsini fərqlənmə diplomu ilə bitirib və universitetin fəlsəfə fakültəsinin əyani aspiranturasına “Sosial fəlsəfə” ixtisası üzrə qəbul olub.
1988-ci ildə “Elmi- texniki tərəqqinin sürətlənməsində imkan və gerçəklik dialektikası" mövzusunda namizədlik, 2004-cü ildə “Mədəniyyətinin və sivilizasiyanın ictimai inkişafda dialektikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
1989-cu ildən Bakı Slavyan Universitetində müəllim, baş müəllim, dosent, Beynəlxalq əlaqələr üzrə prorektor, kafedra müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Fəlsəfə və Sosial Psixologiya” kafedrasının müdiri vəzifəsində işləyib.

Bu xəbər oxundu
- - -