Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bu zərbədən bütün Ermənistan ordusu sarsıldı”

19.01.18, 12:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Artıq bir neçə gündür ki, Ermənistanda bir sıra ictimai-siyasi xadim rəsmi İrəvandan ölkə sərhhədlərinin mühafizəsinin Rusiyadan alınaraq erməni ordusuna təhvil verilməsini tələb edir. Maraqlıdır, erməni ordusu Ermənistanın sərhədlərini, təhlükəsizliyini qorumağa qadirdimi?
Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan generalı Yaşar Aydəmirov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib: “İki il, il yarım bundan öncə bizim iki taborumuz, iki bölməmiz düşmən təxribatını qarşısını almaq üçün əks-həmlə təşkil etdi, düşmənə ciddi zərbə vurdu. Bu zərbədən bütün Ermənistan ordusu sarsıldı. Ermənistan ordusunun bir çox generalları, eləcə də baç qərargah rəisi və müdafiə naziri işdən çıxarıldı. Ermənistan nə öz sərhədlərini qorumağa, nə də Qarabağ müharibəsində uğur qazanmağa qadir deyil. Onların ciddi maliyyə sıxıntıları və korrupsiya problemləri mövcuddur”.

Bu xəbər oxundu
- - -