Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Türk dünyasında türkoloji dərgiləri” adlı konfrans keçiriləcək

19.01.18, 12:56
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dünyanın müxtəlif ölkələrində türkologiyaya dair jurnallar çıxır. Biz o jurnalların redaktorlarını Bakıda toplamaq və “Türk dünyasında türkoloji dərgilər” adı altında konfrans keçirmək niyyətindəyik. Bu böyük tədbirin iki ildən bir keçirilməsi planlaşdırılır. Həmin tədbirdə türkologiya sahəsində ciddi işlər görmüş alimlərə mükafatların verilməsi də nəzərdə tutulur. Bunu yanvarın 19-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin yeni təyin olunmuş direktoru, türkoloq Cihan Özdəmirlə görüşündə deyib.
ADU-dan bildirilib ki, görüşdə Kamal Abdulla indiyədək yüksək səviyyədə qurulmuş əlaqələrin bundan sonra daha da inkişaf etdiriləcəyinə əmin olduğunu söyləyib. Rektor təəssüflə bildirib ki, türk dili, tarixi, mədəniyyəti, ədəbiyyatı kimi mövzuları özündə birləşdirən türkologiya elmi birləşdirici mövqedən çıxış edə bilmir, hər ölkə ayrıca olaraq bu istiqamətdə müəyyən işlər görür. O vurğulayıb ki, bu cür yanaşma düzgün deyil və türkologiyanın birləşdirici mövqedən çıxış etməsi üçün konkret addımların atılmasına ehtiyac var. Azərbaycanda “Türkologiya” jurnalının buraxıldığı, jurnalın beynəlxalq səviyyədə uğurlar qazandığı qonağın diqqətinə çatdırılıb.
Türkologiya elmindəki xidmətlərinə, ciddi təşəbbüslərinə görə Kamal Abdullaya təşəkkür edən Cihan Özdəmir ADU-da olmaqdan məmnunluğunu dilə gətirib. Azərbaycanda ilk dəfə olduğunu söyləyən qonaq ölkəmizin yüksək səviyyədə inkişafının onda xoş təəssürat yaratdığını diqqətə çatdırıb. Cihan Özdəmir türkologiya ilə bağlı Azərbaycanda beynəlxalq tədbirin keçirilməsi təşəbbüsünü alqışlayıb, Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi ilə ADU-nun əlaqələrinin daha yüksək səviyyəyə çatacağına əmin olduğunu deyib.

Bu xəbər oxundu
- - -