Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Milli Arxiv İdarəsində 50 mindən artıq sənət dövlət uçotuna alınıb

19.01.18, 12:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Milli Arxiv İdarəsində 380 saxlama vahidi üzrə 9 min 231 vərəq arxiv sənədi Elektron Arxiv Sistemi (EAS) üzrə elektron daşıyıcılara köçürülüb. Cari ilin son hesabat dövrünə kimi “ASAN xidmət” mərkəzlərindən arxivə 3 min 551 sorğu daxil edilib. Ümumilikdə isə “ASAN xidmət”in fəaliyyətə başlamasından 2017-ci ilin son hesabat dövrünə qədər 20 min 566 sorğu qəbul edilərək icra olunub. Bu sözləri Milli Arxiv İdarəsinin informasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov deyib.
“İl ərzində idarə tərəfindən 54 mindən artıq işin qutulaşdırılaraq etibarlı saxlanması təmin edilib. Eyni zamanda, sənədlərin bərpası və cildlənməsi işləri davam etdirilərək 50 minə yaxın vərəq bərpa olunub, 55 mindən artıq iş cildlənib. Sənədlərin fiziki cəhətdən korlanmasının qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilib. 360 minə yaxın kağız əsaslı işlər və 36 mindən artıq kino və fotofono sənədləri xüsusi yoxlamadan keçirilib, 7 minə yaxın foto və fonosənəd konservasiya-profilaktiki cəhətdən xüsusi maddələrlə işlənilib. Həmçinin Milli Arxiv Fondu sənədlərinin dövlət uçotu, onlara elmi-məlumat aparatının yaradılması və daha da inkişaf etdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib”, - deyə N. Eminov söyləyib.
O əlavə edib ki, dövlət mühafizəsinə idarə və təşkilatlardan qəbul olunmuş 42 min 446 saxlama vahidi və 12 min 680 şəxsi mənşəli sənəd dövlət uçotuna alınaraq qeydiyyata götürülüb. Onun sözlərinə görə, 19 mindən artıq iş və sənədin elmi təsviri aparılaraq siyahısı müəyyən olunmuş qaydada təsdiq edilib. 64 mindən artıq işin siyahısı təkmilləşdirilmiş yaxud yenidən işlənmiş, müxtəlif növdən olan kataloqlara 95 minə yaxın kartoçka daxil edilərək daha da zənginləşdirilib. Tanınmış mədəniyyət və incəsənət xadimləri və şəxsi fondlarından arxivə daxil olan sənədlərə münasibət bildirən idarə rəsmisi bildirib ki, ötən il arxivə tanınmış şəxslərin 12 min 680 şəxsi mənşəli sənədlərinin də dövlət mühafizəsinə qəbulu təmin edilib. 2017-ci ildə respublika dövlət arxivlərinə yeni fondların və sənədlərin qəbulu, onların elmi və əməli dəyərinin ekspertizası, dövlət arxivlərinin komplektləşmə mənbəyi olan nazirlik, komitə, idarə və təşkilatlarda sənədlərin mühafizəsinə nəzarət dövlət arxiv xidməti təşkilatlarının əsas vəzifələrindən olub. 37 min kağız əsaslı iş, 1500 elmi-texniki sənəd, 2900 kino və fotosənəd, 130 fonovideo sənəd, cəmi 41 min 530 saxlama vahidinin qəbulu hesabına Milli Arxiv Fondu daha da zənginləşib

Bu xəbər oxundu
- - -