Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Mətbuat Şurasının növbəti qurultayı yazda keçiriləcək

19.01.18, 13:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Mətbuat Şurasının növbəti - VII qurultayı bu ilin yaz aylarında keçiriləcək.
Bu barədə “Report”a açıqlamasında Şura sədri, Milli Məclisin deputatı Əflatun Amaşov məlumat verib.
O bildirib ki, yaxın vaxtlarda Mətbuat Şurasının hesabatı hazırlanacaq: “Hesabat verdikdən sonra bu məsələni gündəmə gətirəcəyik. Yəqin ki, qurultay bu ilin yazında olacaq”.
Əflatun Amaşov növbəti dəfə namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı isə suala belə cavab verib: “Bunu zaman göstərəcək. Məsələ namizədliyimin irəli sürülməsi deyil, qurultayın kimi sədr seçməsidir”.
Qeyd edək ki, Mətbuat Şurasının sonuncu qurultayı 2013-cü ildə keçirilib.

Bu xəbər oxundu
- - -