Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qarabağ xanlığının tarixi ilə bağlı tədqiqatlar

22.01.18, 11:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elm xadimləri qarşısında duran vəzifələrdən biri də ermənilərin sərsəm torpaq iddialarının əsassız olduğunu elmi faktlarla isbat etməkdir

1-ci yazı

SSRİ-nin dağılmasından sonrakı dönəmdə müstəqilliyini qazanmış Azərbaycanda son illərdə Qarabağın tarixi, mədəniyyəti və s. mövzularda ciddi araşdırmalar nəşr olunmaqdadır. Belə nəşrlərdən biri də tarix üzrə elmlər doktoru Zemfıra Hacıyevanın “Qarabağ xanlığı: sosial-iqtisadi münasibətlər və dövlət quruluşu” adlı monoqrafiyasıdır. Monoqrafiyada Azərbaycan xanlıqları arasında özünəməxsus yeri olan Qarabağ xanlığının sosial-iqtisadi tarixi, dövlət quruluşu, şəhər təsərrüfatı, aqrar münasibətlər və elmi içtimaiyyətə az məlum olan bir sıra digər məsələlər işıqlandırılıb.
Zemfıra Hacıyevanın araşdırmalarına əsasən, çoxəsrlik mövcudluğu inkar edilməyən Azərbaycan türkləri müxtəlif dövrlərdə və müxtəlif coğrafi ərazilərdə neçə-neçə dövlət qurumları yaradıb. Onların böyük hissəsi tarixi Azərbaycan və bugünkü Azərbaycan Respublikasının hüdudlarını əhatə edib. Zəmanəsinin möhtəşəm və qüdrətli siyasi-hərbi quruluşları olan bu dövlətlərlə bərabər, Azərbaycan dövlətçiliyi tarixində xanlıqlar dövrü özünəməxsus yer tutur. Bu dövrdə Azərbaycanda qədim dövlətçilik ənənələri bərpa edilib, müxtəlif obyektiv və subyektiv səbəblərdən vahid dövlət yaratmaq mümkün olmasa da, xalqımızın sosial-iqtisadi və mədəni inkişafı üçün münbit şərait yaradılıb. İri, qüdrətli dövlətlərin əhatəsində olan xanlıqların öz müstəqilliyi və ərazi bütövlüyü uğrunda apardığı mübarizə Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir. Məhz buna görə xanlıqlar dövrü tarixinə diqqət son zamanlar xeyli artıb. Müstəqillik illərində Bakı, Şəki, Naxçıvan, Gəncə, İrəvan və Cənubi Azərbaycandakı xanlıqların tarixinə həsr edilmiş çoxsaylı tədqiqatlar meydana gəlib. Özünün maddi və insan ehtiyatlarına, habelə hərbi-iqtisadi qüdrətinə görə Azərbaycan xanlıqları arasında Qarabağ xanlığı xüsusi mövqeyə malik idi. Buna görə də bu xanlığın tarixini öyrənmədən bütövlükdə Azərbaycan xanlıqları tarixinin obyektiv və dolğun mənzərəsini yaratmaq çətindir.
Qarabağ xanlığı tarixinin ayrıca mövzu kimi dərindən tədqiq edilməsi zəruriliyi hazırda Azərbaycan Respublikasının üzləşdiyi siyasi-hərbi problemlə də şərtlənir: "Bu gün bədnam erməni qonşularımız Azərbaycana asi kəsilmiş bir sıra xarici qüvvələrin yardımdan istifadə edərək doğma Qarabağımızı və ətraf əraziləri zəbt ediblər. Onların təcavüzkar siyasəti nəticəsində 1 milyondan çox insan doğma yurd-yuvalarından didərgin düşüb. Azərbaycan ərazisinin 20%-nin işğalını daimiləşdirməyə, ona qanuni don geyindirməyə çalışaraq bölgədəki separatçılar və Ermənistandakı hakim siyasi dairələr Qarabağın tarixən Ermənistanın bir hissəsi olduğunu isbatlamaq üçün siyasi-diplomatik, hərbi səylərlə bərabər, tarixi uydurmalara da əl atmaqdan çəkinmirlər. Onların Azərbaycana və onun əzəli torpağı olan Qarabağa iddialarını gerçəkləşdirmə cəhdlərinin qarşısım almaqdan ötrü milli tarix elminə diqqət artırılmalı, tarixçilər isə Vətənin müsəlləh əsgəri olmalıdırlar. Elm xadimləri qarşısında duran vəzifələrdən biri də ermənilərin sərsəm torpaq iddialarının əsassız olduğunu elmi faktlarla isbatlamaq, Qarabağ tarixini, o cümlədən Qarabağ tarixində özünəməxsus yer tutan xanlıq dövrünü obyektiv və əhatəli tədqiq etməkdir. Biz də bu amala öz kiçik töhfəmizi vermək qərarma gəlmişik.
Qarabağ xanlığının tarixini öyrənərkən ilk növbədə sözügedən xanlıqda mövcud olmuş sosial-iqtisadi və sosial-siyasi münasibətləri, habelə onun dövlət quruluşunu və siyasi sistemini tədqiq etmək zəruridir. Xanlığm sosial-iqtisadi münasibətlər və dövlət quruluşunun öyrənilməsi təkcə Qarabağın deyil, ümumiyyətlə, XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azərbaycanda, habelə Qafqazda və müsəlman Şərqində mövcud olmuş sosial-iqtisadi münasibətlərin öyrənilməsi baxımından da vacibdir”.
Alim bildirir ki, özügedən xanlıqda sosial-iqtisadi münasibətlərə və dövlət quruluşuna həsr edilmiş xüsusi tədqiqat olmasa da, mövzunun bəzi aspektləri mövcud tarixşünaslıq əsərlərində öz əksini tapıb: "Problemin tarixşünaslığından danışarkən ilk növbədə şair, dramaturq və nasir Həsən Əli İxfanın (1893-1972) adını çəkmək lazımdır. H.İxfa «Şuşanın tarixi» adlı əsərində Şuşanın bünövrəsi qoyulduğu gündən Azərbaycanda sovet hakimiyyəti qurulana qədərki dövrün tarixindən bəhs edir. Bu əsəri yazarkən müəllif daha çox xalq rəvayətlərinə və ona məlum olan «Qarabağnamə»lərə istinad edib. Müəllifin Şuşadakı cümə məscidi və Mirsiyab karvansarasındakı kitabələrin bir neçəsinin mətnini öz əsərində verməsi də xüsusi maraq doğurur.
XX əsrin 30-cu illərinin əvvəllərin də T.Şıxov «Qarabağ xanlığının iqtisadiyyatına dair» adlı bir məqalə dərc etdirib. Təəssüf ki, kitabxanalarda həmin məqaləni tapmadıq, yalnız mərhum akademik Ə.S.Sumbatzadənin bu məqaləyə yazdığı rəylə tanış olaraq sözügedən məqalə haqqmda müəyyən təsəvvür əldə etdik. Öz məqaləsində T.Şıxov, əsasən Qarabağ xanlığındakı maliyyə-vergi sistemini nəzərdən keçirib, habelə xanlar, bəylər və darğaların qarşılıqlı əlaqəsini işıqlandırıb.
Ötən əsrin ortalarında Ə.Şükürzadə xanlığın dövlət quruluşuna aid dissertasiya yazıb. Təəssüf ki, bu dissertasiyanı da Azərbaycan və Rusiyanm kitabxanalarmdan, habelə elmi arxivlərdən əldə etmək mümkün olmayıb: "M.Mustafayevin iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyada problemlə bağlı bəzi məsələləri araşdırıb. Dissertasiyada bir sıra mənbələrdən, ilk növbədə 1823-cü ildə tərtib olunmuş Qarabağ əyalətinin təsvirindən, 1836-cı ildə nəşr edilmiş «Qafqazarxası rus mülklərinin icmalı»ndan geniş istifadə olunub, Qarabağ xanlığında iqtisadiyyatm vəziyyəti tədqiq edilib. Qeyd etmək lazımdır ki, bu əsərdə o zamankı tarix elminin səviyyəsindən irəli gələn bir sıra nöqsanlar və çatışmazlıqlar var. Müəllif 1823-cü ildə Qarabağ əhalisinin etnik tərkibinin müxtəlifliyini qeyd etməklə kifayətlənərək əhalinin etnik tərkibi haqqında heç bir rəqəm vermir. Bundan başqa, əsərdə müəllif faktlara əsaslanmadan xarici basqınlar nəticəsində Qarabağ xanlığını tərk edənlərin çoxunun erməni olduğunu da iddia edir. Müəllifin fıkrincə, guya xanlığın təbii-coğrafi şəraiti xanlıqda əhalinin təsərrüfat fəaliyyətinə mənfi təsir göstərirdi və məhsuldar qüvvələr çox ləng inkişaf edirdi. 21-ci səhifədə isə M.Mustafayev bir vaxtlar bütün Azərbaycanm Qarabağ xanlığına tabe olduğunu söyləyir. Daha sonra müəllif I Şah Abbasm dövründən başlayaraq Qarabağın inzibati-siyasi cəhətdən ayrı-ayrı məlikliklərə bölündüyünü iddia etməklə ciddi yanlışlığa yol verir, bununla da o, Qarabağın sərhədlərini daraltmış olur. Halbuki məlikliklər Qarabağın yalnız dağlıq hissəsini əhatə ediblər və Nadir şahın dövrünə kimi inzibati-siyasi vahidlər kimi mövcud olmayıb xırda, irsi feodal malikanələr idilər. «Qarabağ xanlığının tarixindən» adlandırılan III fəsildə hadisələr elə şəkildə şərh edilir ki, guya nəinki Qarabağ, bütün Azərbaycan İran dövlətinin ucqar əyaləti olub. Müəllif yazır: «Mərkəzi hakimiyyətin zəifliyi və uzaqlığı, ümumiyyətlə... Qarabağ xanlığına müstəqil feodal dövlət kimi baxmağa imkan vermir”.
M.Mustafayev dissertasiyada arxiv materialından istifadə etməyib. Halbuki təkcə Azərbaycan Dövlət Tarix Arxivinin Hərbi Dairə Rəsmi Fondunda 14 saylı sənəddə Qarabağ xanlığının tarıxi ilə bağlı yetərincə maraqlı materiallar var: "Əsərdə tez-tez ziddiyyətli fikirlər səslənir. Müəllif bir yandan Qarabağın xristian məliklərinin hər birinin hakimiyyətinin, Adətən bir kəndə yayıldığını qeyd edir, digər tərəfdən kəndliləri itaətdə saxlamaq və istismar etmək üçün hər bir məlikin öz ordusuna malik olduğunu yazır. Təəccüblüdür, cəmi bir kəndin hesabına hansı ordunu saxlamaq olardı?! Bütün bu çatışmazlıqlara və nöqsanlara baxmayaraq, M.Mustafayevin dissertasiyası XX əsrin ortalarında təkcə Qarabağ xanlığının yox, ümumiyyətlə, Azərbaycan xanlıqları tarixinin öyrənilməsi yolunda atılan ilk mühüm addımlardan biri olub və bu günlərə kimi Qarabağ xanlığının iqtisadi tarixinə həsr edilmiş yeganə əsər kimi qalıb.
Y.Ağamalı «Qarabağ xanlığının qonşu xanlıqlarla və digər dövlətlərlə münasibətləri» mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Adından göründüyü kimi, müəllifİn qarşısında Qarabağ xanlığının tarixini bütövlükdə araşdırmaq, o cümlədən xanlıqdakı sosial-iqtisadi münasibətləri müəyyənləşdirmək vəzifəsi durmayıb. Sözügedən dissertasiyanın mənbəşünaslıq bazası o qədər geniş deyil, çap olunmuş tədqiqatların heç də hamısından istifadə olunmayıb. III fəslin adında göstərilsə də, dissertasiyada xanlığın inzibati bölgüsü işıqlandırılmayıb: "Ədalət naminə qeyd edilməlidir ki, Azərbaycan xanlıqlarının öyrənilməsində görkəmli şərqşünas İ.P.Petruşevskinin əsərləri mühüm rol oynayıb. Bu əsərlərdə xanlıqlarm yaranmasmın siyasi və iqtisadi səbəbləri, onlarda mövcud olmuş vergi sistemi və torpaq mülkiyyəti formaları, xanlıqlardakı sosial-iqtisadi münasibətlər ətraflı tədqiq olunduğundan yeri gəldikcə Qarabağ xanlığmdakı sosial-iqtisadi və sosial-siyasi münasibətlərdən də söhbət açılıb. V.N.Leviatovun 1948-ci ildə nəşr olunmuş «XVIII əsrdə Azərbaycan tarixindən xülasələr» adlı əsərində də Azərbaycan xanlıqlarında sosial-iqtisadi və sosial-siyasi münasibətlərə müəyyən yer verilib. Ümumi kontekstdə Qarabağ xanlığına mühüm yer ayrılıb.

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -