Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Böyük güclər Ermənistana təzyiq edib, onun işğalçılıq siysətindən geri çəkilməsinə vadar etməlidirlər”

22.01.18, 12:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mürtəza Bünyadlı: “Serj Sərkisyanın digəri ilə əvəz edilməsinin heç bir anlamı yoxdur”

Fikrət Sadıqov: “Ermənistan elə bir ölkədir ki, təzyiq edilməyənə qədər siyasi xəttini dəyişməyəcək”

Ermənistanın hakim partiyası tərəfindən Böyük Britaniyadakı səfiri Armen Sarkisyanın prezidentliyə namizədliyi irəli sürülüb. Əksər ekspertlərin fikrincə, hakim partiyanın namizədi Ermənistanın yeni prezidenti olacaq. Maraqlıdır, seçki prosesi, yaxud Armen Sarkisyanın prezidentliyi dövründə Ermənistanın siyasi vəziyyəti necə olacaq, hansısa dəyişikliklər ola bilərmi? Dağlıq Qarabağla bağlı prosesdən nə gözlənilir?
Araşdırmaçı jurnalist Mürtəza Bünyadlı “Xalq Cəbhəsi”nə bildirdi ki, Ermənistanda kimin prezident seçilməsindən asılı olmayaraq İrəvanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində hər hansı ciddi dəyişikliklərin olacağına inanmaq sadəlöhvlük olar: “Çünki bu ölkənin missiyası nəinki Cənubi Qafqazda ümumiyyətlə bu bölgədə sülhə, sabitliyə və davamlı inkişafa mane olmaqdan ibarətdir. Bu səbəbdən də bu ölkə böyük güclərin əlində bölgədə öz maraqlarını təmin etmək üçün istifadə edilən bir subyektdir. Və tarix boyu böyük güclərin ermənilərin bu xarakterindən yararlanaraq bölgədə öz maraqları üçün istifadə etməklə xalqlar arasında münaqişə alovlandırmaqla məşğuldurlar. 21-ci əsr olmasına baxmayaraq ermənilərdən iki yüz, üç yüz il bundan öncə olduğu kimi yenə də bir alət kimi istifadə edirlər. Məhz bu alət roluna vərdiş edən ermənilərdə bir “erməni xəstəliyi” formalaşdığından öz normal sabahlarını qurmaq və yaşadıqları cəmiyyətdə digər xalqlarla normal dostuq münasibətlərini qurmaq xarakterini itiriblər”. Onun sözlərinə görə, bu səbəbdən də ermənilər hər zaman yaşadıqları ərazilərin sahiblərinə qarşı bir xəyanət vərdişinə malik olublar: “Necə deyərlər başqalarının əlində vasitə olan ermənilər, öz xalqının milli marqlarına uyğun mehriban qonşuluq şəraitində yaşamaq istiqmaətində siyasət yürütmək qabliyyətində və iqtidarında deyillər. Digər bir məqam isə ondan ibarətdir ki, hansı siyai lider erməni xlaqının marağına xidmət edən siyasət yürüdən zaman elə öz əlləri ilə qanına qəltan edilirlər. Biz bunun şahidi olmuşuq. Elə 1999-cu ilin oktyabr hadisıləri bunun bariz nümunəsidir. O zaman hakimiyyətdə olan Levon Ter-Petrosyan azacıq da olsa erməni xalqının maraqlarına uyğun addım atmaq niyyətini açıqlayarkən, həmən parlamentdə qanlı olaylar baş verdi və qısa zamanda hakimiyyətdən uzaqlaşdırıldı. Necə deyərlər, bu ölkə artıq terrorunu dövlət siyasəti səviyyəsinə qaldıran bir ölkə olduğundan kimin prezident seçilməsində asılı olmayaraq danıqşıalr prosesində təsir etməyəcək. Növbəti bir səbəb isə bu yaxınlarda erməni strateqlərinin də açıqladığı kimi növbəti prezident kim olacaqsa mövcud işğalçılıq siyasəti davam etdiriləcək. Kimliyindən asılı olmayaraq Qarabağ məsləsində mövcud siyasi kursu davam etdirəcək. Burada digər amillər də mövcuddur. Ona görə də İrəvanın Qarabağ məsləsində konstruktivlik nümayiş etdirib bölgədə sülhə və inkişafa nail olmaq üçün ilk növbədə bu ölkəyə hər vasitə ilə dəstək verən böyük güclər özləri Ermənistana təzyiq edib, onun işğalçılıq siysətindən geri çəkilməsinə və danışıqlar prosesində konstruktiv mövqe sərgiləməsinə vadar etməlidirlər. Yoxsa Serj Sərkisyanın digəri ilə əvəz edilməsinin heç bir anlamı yoxdur. Burada bir məqamı da untumaq lazım deyil ki, növbəti seçkilərdə də yenə Qarabağ kartı üzəridnə hakimiyyətə gələnlər öz hakimiyyətlərini qoruyub saxlayacaq. Nə qədər ki, bu ölkəyə işöalçılıq mövqeyindən geri çəkilmək üçün beynəlxalq güclərin təzyiqi olmayacaq kimin hakimiyyətdə olmasından asılı olmayaraq Qarabağ məsələsində müsbətə doğru ciddi dönüşə nail olmaq mümkün deyil”.
Politoloq Fikrət Sadıqov bildirib ki, Ermənistanda yeni prezidentin seçilməsi ilə bu dövlətin xarici siyasətində dəyişikliyin baş verəcəyini düşünmür. Politoloq qeyd edib ki, Ermənistanın geostrateji xətti var. Yəni digər ölkələrin ərazilərinə iddia etmək Ermənistandakı siyasi partiyaların bir çoxunun proqramlarında da var. F. Sadıqov deyib ki, onlar Böyük Ermənistan yaratmaq xülyasındadır. Digər tərəfdən isə, politoloq əlavə edib ki, bu il parlamentin seçdiyi prezident ölkədə heç bir şeyi həll etməyəcək. Çünki prezident nominal fiqur olacaq: “Ölkə parlamentli üsul idarəsinə keçdiyi üçün çox güman ki, əsas fiqur, yəni baş nazir postunda hazırkı prezident Serj Sarkisyan olacaq. Sarkisyanın siyasətində isə dəyişikliyin olacağını düşünmürəm”.
F. Sadıqovun sözlərinə görə, Ermənistan elə bir ölkədir ki, təzyiq edilməyənə qədər siyasi xəttini dəyişməyəcək: “Bu dövlət öz siyasi prioritetlərini dəyişən deyil. Prezident postunda istəyir Serj Sarkisyan olsun, istəyir başqası, bu dövlətə ancaq təzyiq edilməlidir. Həm beynəlxalq strukturlar, həm də Azərbaycan Ermənistana təzyiq etməlidir. Biz öz gücümüzü Ermənistana nümayiş etdirməliyik və vaxtaşırı onun təxribatlarına cavab verməliyik”.
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan prezidenti Serj Sarkisyan hakim Respublika Partiyasının prezidentliyə namizədi kimi bu ölkənin Böyük Britaniyada səfiri Armen Sarkisyanı irəli sürüb. Politoloq bildirib ki, Armen Sarkisyan Azərbaycanın ərazilərinin işğalında əsas füqur olan Vazgen Sarkisyanın qardaşıdır: "Vazgen Sarkisyan Ermənistanda 1998-ci ildə parlamentin gülləbaran edilməsi zamanı qətlə yetirilib". Məhəmməd Əsədullazadə onu da qeyd edib ki, çoxları Serj Sarkisyanın xarici işlər naziri Edvard Nalbandiyan və ya baş nazir Karen Karapetyana stavka edəcəyini düşündüyü halda, Ermənistan prezidenti sürpriz bir ad açıqladı: "Açığını qeyd edim ki, Sarkisyanın belə bir seçim edəcəyini Ermənistan cəmiyyəti gözləmirdi. Ermənilər düşünürdülər ki, Sarkisyan ən azından adlarını qeyd ediyim iki şəxsdən birinin prezidentliyə namizədliyini irəli sürəcək. Ancaq göründüyü kimi Ermənistan prezidenti tamamilə fərqli və heç kimin gözləmədiyi bir şəxsin adını açıqladı". Politoloqun sözlərinə görə, Serj Sarkisyanın baş nazir Karen Karapetyanın, yaxud Edvard Nalbandyanın namizədliyini irəli sürməməsi, əsasən hər iki şəxsin siyasi iddialı olması və Serj Sarkisyan üçün gələcəkdə problemlər yarada biləcəyi təhlükəsidir: "Ermənistan cəmiyyətində ehtimal var idi ki, bu iki şəxsdən biri prezidentliyə namizəd olacaq.Qeyd edim ki, səfir Armen Sarkisyanın siyasi iddiası yoxdur və Qərbdə erməni oliqarxiya və lobbiçiləri ilə sıx əlaqlərə malikdir. Bundan əlavə Armen Sarkisyanın namizədliyini məhz erməni lobbisi president Serj Sarkisyana təklif edib. Təbii ki, maliyyə cəhətdən lobbi dairələrindən asılı olan Serj Sarkisyanın erməni lobbisinin istəyinə qarşı getməsi isə, İrəvana maliyyə yardımlarının kəsilməsi ilə nəticələnə bilər.Hazırda baş nazir olaraq apreldə vəzifəsindən gedəcək Kremlə bağlı olan Karen Karapetyanın hakimiyyətdə hansı vəzifə tutacağı isə sual doğurur. Amma baş nazirin birinci muavini kimi iqtisadi sahəni kurasiya edəcəyi istisna deyil". Məhəmməd Əsədullazadə hesab edir ki, Sarkisyanın Karen Karapetyanın hakimiyyətdən uzaqlaşdırılması, Ermənistan prezidentinin Kremlin siyasətinə qarşı gəlməsi deməkdir: "Serj Sarkisyanın səfiri prezidentliyə gətirməkdə, əsas məqsədi növbəti illərdə öz siyasi fəaliyyətini qarantiya almaqdı. Həmçinin bununla da prezidentlik postunu da öz nəzarətində saxlamış olur.Baş nazir kimi Serj Sarkisyan prezident Armen Sarkisyan vasitəsilə erməni lobbisinin maliyyə qaynaqlarından faydalanacaq və ölkəsində yenidən əsas rıçaqları əlində saxlayaraq digər opponentlərini proseslərdən neytrallaşdıracaq. Sarkisyan səfiri prezident etməklə bir növ xalqın özünə qarşı etirazlarının qarşısını almağa çalışır. Çünki, Armen Sarkisyan Qərbdəki əlaqlərindən istifadə edib, Ermənistana maliyyə və investiya lahiyələrini gətirməklə ölkənin iqtisadi vəziyyətini sabitləşdirmək barədə xalqa dolayı mesaj vermiş olur. Hazırda Serj Sarkisyanın bütün siyasi gedişləri yalnız öz hakimiyyətini qorumaqdan ibarətdir. 10 il ərzində ölkəsini iqtisadi defolta aparan bir şəxsin bundan sonrakı fəaliyyəti müsbət olmayacaq.Qeyd edim ki, Ermənistan əhalisinin Serj Sarkisyanın bu planına qarşı apreldə növbəti dəfə etiraz aksiyaları keçirməsi də gözləniləndir".

Əli

Bu xəbər oxundu
- - -