Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Rusiya kürdlərə Afrini Əsədin nəzarətinə verməyi təklif edib“

22.01.18, 13:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Türkiyə Suriyada hərbi əməliyyatlara başlamazdan öncə Moskva kürdlərə Afrini Dəməşqin nəzarətinə verməyi təklif edib".
Bunu RBK-ya açıqlamasında Suriyadakı kürd qruplaşması PYD-nin (Demokratik İttifaq Partiyası) nümayəndəsi Sihanok Dibo deyib.
Sihanok Dibo bildirib ki, Rusiya PYD-nin hərbi qolu olan "SuriyaDemokratik Qüvvələri"nə (SDF) Türkiyənin hərbi əməliyyatının qarşısını almağın əvəzində Afrini Bəşər Əsəd qüvvələrinin nəzarətinə verməyi təklif edib. PYD isə Moskvanın təklifini qəbul etməyib. Sihanok Dibonun sözlərinə görə, bu təklif Suriya münaqişəsinin həllinə kömək etmir.
Kürdlərin nümayəndəsi Rusiya tərəfindən məhz kimin bu təklifi irəli sürdüyünü açıqlamayıb.
Qeyd edək ki, "Associated Press" agentliyi də kürdlərin "Xalq Özünümüdafiə Dəstələri"nin (YPG) 3 nümayəndəsinə istinadən Rusiyanın kürdlərə Türkiyənin hücumundan yayınmaq üçün Dəməşqin nəzarətinə keçməyi təklif etdiyini xəbər verib. Afrin hökumətinin müşaviri Badran Çiy Kurddan sitat gətirən agentlik Moskvanın tələbinin ultimatum xarakteri daşıdığını yazıb: "Ya Türkiyə əməliyyata başlayacaq, ya da Afrin Əsədin nəzarətinə verilməlidir".
PYD nümayəndəsi Sihanok Dibo partiyasının yanvarın 30-da Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresində iştirak etməyəcəyini də vurğulayıb: "PYD Soçi Konqresində əldə olunacaq heç bir razılığı yerinə yetirməyəcək".

Bu xəbər oxundu
- - -