Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Gömrük Akademiyasında risklərin idarə olunması ilə bağlı mühazirələr

22.01.18, 13:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dövlət Gömrük Komitəsinin Akademiyasında "Konteynerlərə gömrük baxışı" və "Gömrük işində risklərin idarə olunması: beynəlxalq təcrübə" mövzusunda mühazirələr təşkil edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, mühazirələr DGK Akademiyasının tələbələri və komitə əməkdaşları üçün nəzərdə tutulub.
Mühazirələrin aparılması üçün ölkəmizə Ukrayna Gömrük İşi və Maliyyə Universitetinin rektor əvəzi Yevgeni Qarmaş dəvət edilib. Yevgeni Qarmaş ilk mühazirəsini yanvarın 22-də keçirib.
Gömrük Akademiyasının hüquq fakültəsinin 2-ci kurs tələbələrinə öncə təmsil etdiyi ali təhsil ocağı haqqında məlumat verən qonaq, sonra Ukrayna Gömrük İşi və Maliyyə Universitetinin fəaliyyəti barədə videoçarx nümayiş etdirib.
Ukraynalı elm adamı ilk mühazirəsində tələbələrə konteynerlər, onların təyinatı, quruluşu və növləri barədə məlumat verib, konteynerlərə gömrük baxışının keçirilməsinə dair biliklərini bölüşüb.
Mühazirələr yanvarın 25-dək davam edəcək.

Bu xəbər oxundu
- - -