Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Səfirliyimiz 2019-cu ildə Qüdsə köçürüləcək”

23.01.18, 11:48
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ vitse-prezidenti Mayk Pens ölkəsinin İsraildəki səfirliyi 2019-cu ilin sonunadək Qüdsə köçürəcəyini bəyan edib. “Qarşıdan gələn həftələrdə administrasiyamız ABŞ səfirliyinin Qüdsdə açılma planını irəlilədəcək və Birləşmiş Ştatlar səfirliyi gələn ilin sonunadək açılacaq,”- deyə İsrail parlamenti Knesset qarşısında nitq söyləyən Pens bildirib. “Qüds İsrailin paytaxtıdır və belə olaraq Prezident Tramp Dövlət Departamentinə səfirliyimizin Tel Əvivdən Qüdsə köçürülməsi barədə təlimat verib,”- o, əlavə edib.
Prezident Tramp on illərlə sürən ABŞ siyasətini arxada qoyaraq Qüdsün İsrail paytaxtı olduğunu elan etmiş və ABŞ səfirliyinin Tel Əvivdən çıxarılması prosesinə təkan verib. ABŞ Dövlət Katibi Reks Tillerson əvvəllər bəyan emişdi ki, köçürülmə illərlə vaxt apara bilər. Lakin bazar ertəsi Dövlət Departamentinin sözçüsü Heather Nauert administrasiyanın “gələn ilin sonunadək səfirliyi açmaq planını” həyata keçirəcəyini təsdiqləyib.
İsrailin baş naziri Benyamin Netanyahu Trampa və Pensə “tarixi bəyannaməyə” görə minnətdarlığını bildirmiş və ABŞ-İsrail münasibətlərinin heç vaxt indiki kimi möhkəm olmadığını söyləmişdir. Trampın Qüdsü İsrail paytaxtı kimi tanıyacağını elan etməsi Fələstinli liderlər tərəfindən qəzəblə qarşılanıb. Fələstinlilərin lideri Mahmud Abbas indən belə ABŞ-ın sülh prosesində rol oynaya bilməyəcəyini deyib. İsrailə getməzdən öncə İordaniyada olan Mayk Pens Kral Abdulla ilə görüşüb. İordaniya kralı Qüdslə bağlı qərardan narahatlığını ifadə etmiş və ABŞ-ı iki-dövlət formulu ilə həll yolu tapmaq istiqamətində tərəflər arasında etimadı gücləndirməyə çağırmışdır. İordaniyadan öncə Qahirədə olan vitse-prezident ABŞ-ın Misir hökumətinə terrorizmə qarşı mübarizədə dəstəyini söz verib.

Bu xəbər oxundu
- - -