Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan prezidenti OPEC-in baş katibi ilə görüşüb

23.01.18, 14:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan prezidenti İlham Əliyev Davosda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşüb.
Məhəmməd Barkindo bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycanın OPEC və qeyri-OPEC ölkələrinin bir araya gətirilməsi və 2016-cı ilin dekabrında bununla bağlı tarixi qərarın qəbul edilməsində fəal liderlik rolunu yüksək qiymətləndirir.
Prezident İlham Əliyev isə Məhəmməd Barkindonun OPEC-in baş katibi kimi fəaliyyətinin biznes ictimaiyyəti və ölkələrin gözləntilərinin reallaşmasında mühüm rol oynadığını vurğulayıb. Dövlət başçısı Azərbaycanın bundan sonra da OPEC ilə uğurlu əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə edərək Məhəmməd Barkindonu ölkəmizə səfərə dəvət edib.
OPEC-in baş katibi dəvəti minnətdarlıqla qəbul edib.

Bu xəbər oxundu
- - -