Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bakı-Tbilisi-Qars layihəsi Gürcüstanın nəqliyyat xəritəsini dəyişdirib

23.01.18, 14:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi Gürcüstanın nəqliyyat xəritəsini dəyişdirib.
Bunu Davos Dünya İqtisadi Forumunda “Avrasiya – Strateji baxış” paneli zamanı moderatorun sualına cavab verən Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili deyib.
Baş nazir qeyd edib ki, reallaşdırılan beynəlxalq layihələr və Gürcüstanın coğrafi mövqeyi ölkədə iqtisadi fəaliyyətin əsasını təşkil edir: “BTQ Gürcüstanı Çin, Qazaxıstan, Azərbaycan, Türkiyə və Avropa ilə birləşdirdi. Çindən gələn qatar Gürcüstana doqquz günə çata bilər. Bu təkcə bizim ölkə üçün yox, layihə iştirakçısı olan bütün ölkələr üçün böyük nailiyyətdir”.
Giorgi Kvirikaşvili deyib ki, Gürcüstan Azərbaycan, Türkiyə, Qazaxıstan və regionun digər ölkələri ilə vacib regional layihələr reallaşdırır.
Baş nazir bildirib ki, Gürcüstanın Azərbaycan və Türkiyə ilə strateji münasibətləri var: “Qonşularla münasibətlər çox vacibdir. Bizim Ermənistanla çox yaxşı ənənəvi qonşuluq münasibətlərimiz var və Mərkəzi Asiya ölkələri ilə də vacib münasibətlərimiz mövcuddur.”.
Kvirikaşvilinin sözlərinə görə, Gürcüstan “İpək yolu”nun ölkələri ilə yeni layihələrlə regiona dinamika gətirir: “Bu, regionda sıx əməkdaşlıq olmadan mümkün deyil. Bu həmçinin dayanıqlı sülh üçün yaxşı zəmin yaradır”.
Baş nazir çıxışında Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğal olunması məsələsinə də toxunub. O bildirib ki, bu, böyük problem olaraq qalır və məsələ konstruktiv yolla həll olunmalıdır.
Kvirikaşvili avroatlantik məkana inteqrasiyanın Gürcüstanın strateji prioriteti olduğunu da qeyd edib.

Bu xəbər oxundu
- - -