Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qarabağda yaşayan alban tayfalarının ermənilərlə heç bir bağlılığı yoxdur

25.01.18, 10:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1980-ci ildə çap olunmuş «Erməni xalqının tarixi» əsərində erməni alimləri özləri qeyd edir ki, ermənilər Fəratın yuxarı axarında məskunlaşmışdılar

1-ci yazı

Ermənilərin Qafqaza gəlmə olduqlarını ciddi tarixi mənbələr təsdiqləməkdədir. Bu gün onlar özlərinin bu torpaqların "köklü-köməcli sakinləri olduğunu" "təsdiqləyən" filmlər çəkir, kitablar yazır, yazdırır, elə sanırlar ki, tarixi ardıcıl saxtalaşdıra biləcəklər. Artıq yüz ildir Azərbaycanın tarixi ərazilərində havadarlarının əliylə "Ermənistan" adlı qondarma dövlət quran ermənilərin onillərdir hədəfi Qarabağdır. Dağlıq Qarabağı və ətraf rayonları işğal edən ermənilər dayanmadan bu bögənin də dədə-babadan "onların tarixi əraziləri olduğunu" uydurmaqdadırlar. Qarabağ xanlığının tarixinə həsr olunmuş Azərbaycan tarixçilərinin araşdırmalarının əsasında da sübut olunur ki, bu uydurmaların heç bir əsası yoxdur.
Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, Qarabağ xanlığının sosial-iqtisadi və sosial-siyasi tarixinə toxunmazdan öncə regionun özəl inkişaf tarixinə ekskurs etmək zəruridir. Uzaq keçmişdən üzü bəri bu ərazi müxtəlif etnik qrupların qədim yaşayış məskəni olub, quldar və feodal dövlətlərin maraq dairəsinə düşüb və bu səbəbdən də Qarabağ bölgəsi çoxsaylı hərbi yürüşlər və basqınların baş verdiyi məkana çevrilib. O, zəngin təbiəti, faydalı qazıntıları və normal həyat üçün gərəkli olan digər təbii resursları ilə dünyanın «mənəm-mənəm» deyən neçə-neçə fatehini özünə cəlb edib. Qarabağa sahib olmaq üçün şücaət və şöhrət ehtiraslı sərkərdələr bu məkanda rəqiblərinə qarşı qılınc sıyırıb, onlarla ölüm-dirim savaşlarına çıxıblar. Lakin bu əzəli Azərbaycan torpağı hər dəfə özündənrazı, xudpəsənd fatehləri özünə ram edib, qəsdlərə və qəsblərə layiqincə sinə gərib. Hələ qədim dövrlərdə Qarabağ zonası mülayim iqlimi, zəngin flora və faunası ilə seçilirdi. Təsadüfi deyil ki, ilk insan məskənləri məhz burada aşkar edilib: "Qarabağ ərazisindəki Azıx mağarası bu qədim məskənlərdən biridir və tədqiqatlarla hələ bir milyon il öncə burada insanların məskunlaşdığı isbatlanıb. Buna görə də sözügedən mağarada aşkarlanmış zəngin arxeoloji materiallar ibtidai insanlarm formalaşması, ibtidai-icma quruluşunun yaranması prosesini, habelə qədim insanların maddi və mənəvi nailiyyətlərinin öyrənilməsində dünyamiqyaslı mənbə sayılır. Əcdadlarımızın məskəni olmuş Azıx mağarasının sayəsində bütün dünya qarşısında tariximizin necə dərin köklərə malik olmasını sübut edə bilmişik".
Qarabağ ərazisində mövcud olan arxeoloji abidələrin tədqiqi sübut edir ki, regionun əhalisi artıq daş dövründən Ön Asiyanın tayfa və vilayətləri ilə sıx əlaq ələr saxlayıb. Alimlərin fıkrincə, hələ eneolit dövrünün (e.ə. VI - e.ə. IV minilliklər) sonunda Qarabağ düzündə Mesopotamiya ərazisindən gəlmiş miqrantlar - bir sıra etnik qruplar məskunlaşıb. Beləliklə, Qarabağ əhalisinin mədəniyyəti qonşu xalqlarla, ilk növbədə Mesopotamiyanın inkişaf etmiş xalqları ilə sıx əlaqədə formalaşıb. Aparılmış arxeoloji qazıntılar sübut edir ki, əgər daş dövründə insanlar əsasən Qarabağın düzən ərazisində yaşayırdılarsa, artıq erkən tunc dövrünün sonlarında onlar dağətəyi və dağlıq zonalarda məskunlaşıblar. Müxtəlif zəngin filiz ehtiyatları olan rayonlara nəzarət burada yaşayan tayfalara dağ-mədən sənəti və metalişləməni inkişaf etdirməyə imkan verib. Tədricən Qarabağ bu baxımdan aparıcı rayonlardan birinə çevrilib. Eyni zamanda, Qarabağ Mil düzü ilə yanaşı Azərbaycanda tunc dövründə mövcud olmuş iki iri keramika mərkəzlərindən biri hesab edilir. Qarabağ ərazisində mövcud olmuş abidələrin tədqiqi Azərbaycan xalqının təkcə maddi mədəniyyət nümunələrinin deyil, ölkəmizin ərazisində əmlak bərabərsizliyinin, siniflərin və nəhayət, ilk dövlət quruluşlarının yaranma şəraitini öyrənməyə imkan verir.
Akademik İ.Əliyevin fıkrincə, e.ə. I minillikdə Qarabağ ərazisi güman ki, əvvəlcə Midiya dövlətinin tərkibində olub, sonra isə Əhəməni dövlətinin XIV satraplığına daxil edilib. Bu ərazidə yaşayan alban tayfaları e.ə. IV əsrdə Atropaten dövlətindən asılı olublar. Tədqiqatlar sübut edir ki, burada yaşayan alban tayfaları avtoxton əhali olub və onların nə mənşəcə, nə də dil baxımından ermənilərə heç bir aidiyyəti olmayıb. Tarixi saxtalaşdırmağa çalışan erməni «alimləri» isə son dövrlərdə Azərbaycan tarixinin məhz Albaniya dövrünə daha çox müraciət edir, albanların bütün Alban qəbri üzərində xaçdaş nailiyyətlərini ermənilərin adına çıxır və hətta alban tayfalarının ermənilərin bir qolu olması barədə cəfəng fıkirlər səsləndirirlər.
Halbuki tədqiqatlar sübut edir ki, ermənilər bir xalq kimi e.ə. I minilliyin I yarısında Fərat vadisinin yuxarı axarında formalaşmağa başlayıb və onların nə Qarabağa, nə də ümumiyyətlə, Azərbaycan ərazisinə heç bir bağlılığı olmayıb. 1980-ci ildə çap olunmuş «Erməni xalqının tarixi» əsərində erməni alimləri özləri qeyd edir ki, ermənilər Fəratın yuxarı axarında məskunlaşmışdılar. Təsadüfı deyil ki, erməni alimlərinin bir qismi ermənilərin köçmə xalq olmalarını əsla inkar etmir: "Erməni xalqının soykökü haradandır, o nə vaxt və necə Ermənistanda məskunlaşıb, haradan və hansı yollarla buraya gəlib, onun dili və etnik tərkibinə kim təsir göstərib? Bütün bunlar barəsində bizim dəqiq məlumatımız yoxdur".
Akalemik İ.Əliyev erkən orta əsr tarixçiləri Moisey Xorenski və Musa Kalankatlıya istinad edərək göstərir ki, bu dövrdə Albaniyanın Qarabağ ərazisində uti, savdei, qarqar tayfaları yaşayıblar. Əzəli Azərbaycan torpağı - Qarabağın «Böyük Ermənistan»ın tərkib hissəsi olması barədə uydurma fıkirləri yazılı mənbələrdən başqa, həm də Fərat vadisindən tapılmış numizmatik materiallar da alt-üst edir: "Erməni tədqiqatçıları özləri də təsdiqləyirlər ki, o dövrün erməni pullarında Ermənistan alleqorik formada Roma imperatorunun ayaqları altındakı kəniz və ya ram edilmiş öküz, yaxud aman diləyən əsir erməni döyüşçüsü şəklində təsvir edilir. Bu da təsadüfı deyil: Roma imperiyasının tabeçiliyində olan, vaxtaşırı gah Atropaten, gah da İberiya hökmdarlarının idarə etdiyi ermənilər heç vaxt güclü dövlət olmayıb və «dənizdən dənizə» olan əraziləri əhatə etməyib".
Tədqiqatçı F.Məmmədova qeyd edir ki, antik müəlliflərin əsərlərində Qarabağ «Orxistena», daha sonra isə «Arsax» coğrafi adı ilə bildirilirdi. O, tarixi faktlara əsaslanaraq sübut edir ki, erməni «alimləri»nin bu adları özününküləşdirmək, erməniləşdirmək cəhdləri uğursuzdur və heç bir tarixi həqiqətə əsaslanmır. VIII əsrin əvvəllərinədək Albaniya dövlətinin tərkib hissəsi olan Qarabağ sonralar ərəb xilafətinin tərkibinə qatılıb: "Qarabağm düzən ərazilərində yaşayanlar İslamı qəbul edib, lakin dağ ərazilərində yaşayan albanlar öz xristian inanclarında qalıb və öz hakimlərinə - Mehranilər sülaləsindən olan knyazlara tabe idilər. Ərəb işğalından sonra əsasən düzənlikdə yerləşən ərazi Uti, Aran, Arsax v ə Aqvan adlandrılıb, «Qarabağ» istilahı isə təxminən XII əsrdən işlənməyə başlayıb".
Qarabağ ərazisi IX əsrin sonlarından Sacilər, X əsrdən Salarilər, XI-XII əsrin əvvəllərində isə Şəddadi dövlətinin tərkibinə daxil olub. Sözügedən dövlətlərin xaraktercə Azərbaycan dövlətləri olması və ermənilərə heç bir aidiyyəti olmaması dünya tarixşünaslığında çoxdan qəbul olunmuş həqiqətdir: "Ərəb xilafətinin zəiflədiyi dövrdə, IX əsrdə Mehranilər sülaləsindən olan knyaz Qriqori Hamama Qarabağda Alban dövlətinin bərpa olunmasını bəyan edib, oğlu Saak-Seva da bu işi davam etdirib. Beləliklə, regionun siyasi xəritəsində yenidən Albaniya dövləti peyda olub və bu dəfə onun ərazisi bütün Şimali Azərbaycanı deyil, Qarabağ bölgəsini əhatə edib. Çox hissəsi yüksək yayla olan Qarabağın iqlimi mülayim, suyu bol, torpağı məhsuldar olduğu üçün həmişə böyük dövlətlərin hökmdarlarınm diqqətini cəlb edib. XI əsrdə Gürcüstan səfərindən dönərkən böyük Səlcuq sultanı I Məlikşah burada qışlamışdı.
Məlumdur ki, 1136-cı ildə yaranmış Azərbaycan Atabəylər dövləti (Eldənizlər dövləti) bütün Azərbaycan torpaqlarını öz tərkibində birləşdirib. Alban knyazlarının vassal asılılığı ilə kifayətlənən Atabəylər knyazlığının mövcudluğuna toxunmayıblar. XII-XIII əsrlərdə Qarabağda mövcud olan Alban dövləti Xaçın dövləti kimi tanınırdı. Dövlətin ən məşhur hökmdarı Mehrani sülaləsindən olan Həsən Cəlal olub. Qarabağı özününküləşdirmək istəyən ermənilər hazırda Azərbaycan xalqının görkəmli şəxsiyyətini də erməniləşdirir, onun adını "Həsən Cəlalyan" kimi göstərirlər. Halbuki belə bir ad heç bir tarixi sənəddə xatırlanmır. Həsən Cəlalın dövründə inkişaf edən alban Xaçın knyazlığı hətta monumental abidələr inşa etmək iqtidarında olub. Onlardan ən məşhuru isə Qanzasar monastırı hesab olunur. Üzərində «Albaniyanın baş kilsəsi», «alban xalqı üçün» olan yazılara baxmayaraq, ermənilər bu abidəni də erməni kilsəsi kimi qələmə verirlər. XIII-XIV əsrlərdə də Qarabağın dağlıq hissəsinin xristian əhalisinin çoxu hələ də alban dilində danışmaqda davam edirdi".
Məlumdur ki, ərəblərin təzyiqi altında VIII əsrdə alban kilsəsi ərəblərə düşmən olan Bizansın etiqad etdiyi diofızit məzhəbindən üz döndərib monofızit məzhəbini qəbul etmişdi: "Alban kilsəsi monofizit kilsəsinə tabe edilmişdi. Ancaq ehkam ümumiliyinə baxmayaraq, alban kilsəsi həmişə müstəqilliyə can atmışdı. XI - XV əsrlərdə alban patriarxları erməni katolikosu ilə razılaşmadan fəaliyyət göstərirdilər. 1240-cı ildən Qanzasar məbədi yepiskoplarının nüfuzu qalxmağa başlayır və Qanzasar alban kilsəsinin mərkəzi olur, alban katolikosluğunu Qanzasar katalikosluğu adlanmağa başlayırlar. Lakin 1836-cı ildə ruspərəst erməni katolikosluğunu gücləndirmək məqsədilə çar hökuməti müstəqil alban katalikosluğunu ləğv edir".

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -