Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qarabağda Sənaye Məhəlləsi yaradılacaq?

29.01.18, 11:12
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan sahibkarları Ağdamda Qarabağ Sənaye Məhəlləsinin yaradılması ilə bağlı iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət ediblər.
Bu təkliflə bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda sahibkar Rafiq Qarayev çıxış edib.
Qarabağ qazisi olduğunu xatırladan sahibkar bildirib ki, Qarabağ iqtisadi zonasından olan sahibkarlar 3 ildir ki, bu təkliflə bağlı İqtisadiyyat Nazirliyinə rəsmi olaraq müraciət edir: "Ancaq bu müddət ərzində heç bur cavab almamışıq. Bu gün 120-yə yaxın sahibkar Ağdamda sənaye məhəlləsinin və ya sənaye parkının yaradılmasını istəyir”.
İqtisadiyyat naziri Şahin Mustafayev isə bu sahədə xeyli işlərin görüldüyünü, son zamanlar çoxlu sayda sənaye məhəllələrinin və sənaye parklarının yaradılması istiqamətində içlərin görüldüyünü xatırladıb. “Bununla belə, əgər sahibkarlar istəyirlərsə, bu məsələ ilə bağlı görüş keçiriləcək. Sahibkarların belə təşəbbüsü varsa, onlarla görüş keçiriləcək. Sənaye məhəlləsinin yaradılması ilə bağlı bu təklif məqsədə uyğun olacaq".

Bu xəbər oxundu
- - -