Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Sahibkarlar sosial məsuliyyətlərini başa düşməlidirlər

30.01.18, 12:25
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı Prezident İlham Əliyevin müəllifi olduğu və çox uğurla həyata keçirilən mükəmməl iqtisadi strategiyadır.
Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Aydın Hüseynov bildirib ki, sosial-iqtisadi inkişafa yönəlmiş dövlət proqramlarının həyata keçirilməsi birbaşa neftdən gələn gəlirlərin çox düzgün yerləşdirilməsi, infrastrukturların yenilənməsi və bütövlükdə ölkə iqtisadiyyatının inkişafını təmin etmiş oldu:
“İqtisadiyyatımız 14 il ərzində 3.2 dəfə artıb. Bu nailiyyətlər dövlət proqramlarının icrasının nəticəsidir. Böyük nailiyyətlərimizin əsasında Prezident İlham Əliyevin müəllifi olduğu mükəmməl dövlət proqramları və eyni zamanda, bu proqramların, görülən işlərin və nəticələrin dövlət başçısı tərəfindən daim nəzarətdə saxlanması dayanır”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zaman sosial məsuliyyətlə bağlı sahibkarlara öz tövsiyələrini verdi.
Aydın Hüseynov qeyd edib ki, dövlət sahibkarlar üçün hər cür şərait yaradıb, onlara güzəştli kreditlər verilir: “Dövlətin dəstəyindən faydalanan sahibkarlar da gərək öz sosial məsuliyyətlərini dərk etsinlər, kiçik sahibkarlığın inkişafına öz töhfələrini versinlər”.

Bu xəbər oxundu
- - -