Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

6 ölkə ilə enerji sahəsində anlaşma memorandumu imzalanacaq

31.01.18, 12:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanın 6 ölkə ilə enerji, neft-qaz və elektroenergetika sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalaması nəzərdə tutulur. Bu barədə Energetika Nazirliyinin 2017-ci il üzrə “Yanacaq-energetika kompleksində fəaliyyətə dair” hesabatında deyilir. Bildirilir ki, “Azərbaycan Respublikası Energetika Nazirliyi ilə İndoneziya Respublikası Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” layihəsi hazırlanıb. Adıçəkilən sənəd layihəsinə hazırda İndoneziya tərəfində baxılmaqdadır.
Bundan başqa, “Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Gürcüstanın Energetika Nazirliyi arasında elektroenergetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” layihəsi işlənib hazırlanıb və qarşı tərəfə təqdim olunması üçün Xarici İşlər Nazirliyinə göndərilib. “Türkmənistan Hökuməti, Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında enerji sahəsində gələcək əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu” layihəsi dövlətdaxili prosedurlardan keçirilərək qarşı tərəfə göndərilib.
Həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında enerji sahəsində Anlaşma Memorandumu” layihəsi tərəfimizdən hazırlanıb, dövlətdaxili prosedurlardan keçirilərək qarşı tərəfə təqdim olunması üçün Xarici İşlər Nazirliyinə göndərilib. İraq tərəfindən hazırlanmış “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında İraq Respublikasında neft və qaz layihələrinin inkişafı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” layihəsinə Azərbaycan tərəfində baxılaraq əlavə və dəyişiklər edilib və qarşı tərəfə göndərilib.
Türkiyə tərəfindən hazırlanmış “Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş layihəsi” tərəfimizdən müvafiq dövlətdaxili prosedurlardan keçib, lakin 2015-ci il 15 yanvar tarixində Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında elektrik enerjisi mübadiləsi ilə əlaqədar yaranan borca dair Protokol”u və digər məsələlər nəzərə alınaraq, yeni layihənin hazırlanması məqsədilə qarşılıqlı müzakirələrin təşkil olunması razılaşdırılıb.

Bu xəbər oxundu
- - -