Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bölgələrdə “ASAN xidmətlər“lə işıq çəkdirmək mümkün olacaq

05.02.18, 13:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Artıq əhali abonentlər bölgələrdəki bütün "ASAN xidmət"lər vasitəsilə evinə, bağına və ya həyətinə işıq çəkdirə biləcək. “Azərişıq” ASC-dən verilən məlumata görə, qurumun “ASAN xidmət" vasitəsilə həyata keçirdiyi xidmətlərin əhatəsi bir qədər də genişləndirilib. Səhmdar Cəmiyyətin “ASAN xidmət" vasitəsilə həyata keçirdiyi 10 xidmət arasında əsas yeri və “Doing bisness”in tələblərinə uyğun olaraq xüsusi çəkisi olan “istehlakçıların elektrik təchizatı şəbəkəsinə qoşulması” və ya texniki şərtlərin verilməsi adılandırılan xidmət artıq bütün ölkə üzrə təmin edilməkdədir.
Əgər indiyədək əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması Bakı, Sumqayıt, Quba “ASAN xidmət" və “ASAN kommunal"lar vasitəsilə həyata keçirilirdisə, indi Gənçə, Sabirabad, Bərdə, Qəbələ və Massallı rayonlarında fəaliyyət göstərən bütün “ASAN xidmət" və “ASAN kommunal" vasitəsilə bölgələrdəki insanlar evinə, bağına, yaxud həyətinə işıq çəkdirə biləcəklər. Eyni zamanda “Doing bisness”in qiymətləndirmə tələblərində başlıca yer tutan sahibkarların daha asan və sadə yolla elektrik şəbəkəsinə qoşulması istiqamətində də ciddi addımalar atılır. Artıq paytaxtdakı “ASAN kommunal" mərkəzlərindən əlavə, Sumqayıt, Gəncə və Quba “ASAN kommunal" mərkəzlərində də 150 kVt-a qədər qeyri-əhali abonentlərin tikinti, ticarət, iaşə və digər obyektlərinə işıq çəkdirə bilirlər. Ən qısa vaxtda 150 kVt-a qədər qeyri-əhali abonentlərin obyektlərinə işıq çəkilmə prosesinin digər rayonlardakı “ASAN xidmət" mərkəzlərini əhatə edəcəyi gözlənilir. Bununla bağlı tezliklə yeniliklər olacaq və dərhal ictimaiyyət məlumatlandırılacaq. Başqa bir yenilik isə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulma preosesinin daha sadə və çevik formada aparılmasının “Azərişıq” ASC-nin elektron xəritəsi üzərindən həyata keçirilməsi və bunun bölgələrdə də tətbiqidir.

Bu xəbər oxundu
- - -