Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistan hakimiyyətinin qorxudan yaratdığı “sevinci”

06.02.18, 10:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənistan tank əleyhinə ən müasir silah sayılan “Kornet – E” raket kompleksini nümayiş etdirməsiylə özündə bir az təsəslli tapıb. Bu məsələ Ermənistan mediasında, xüsusən də Sarkisyan hakimiyyətinin inhisarında olan mediada təmtaraqlı formada ictimailəşdirilib.
Mediada qeyd olunub ki, rəsmi İrəvan raket kompleksini Rusiyanın Ermənistana verdiyini açıqlayıb.
Xatırladaq ki, raket kompleksi lazer şüası ilə idarəetmə qabiliyyətinə və 5,5 kilometr uzaqlıqda olan hədəfi məhv etmə gücünə sahibdir.
Rusiyada ermənipərəst “Reqnum” agentliyi yazır ki, raket kompleksi Ermənistan ordusunun gücünü artıracaq.
Lakin bu informasiya Ermənistan ictimaiyyətində inandırıcı qarşılanmayıb.
1. Raket kompleksi Gümrüdə nümayiş olunub, hansı ki, Rusiyanın 102-ci hərbi bazası bu şəhərdə yerləşir. Ehtimal olunur ki, raket kompleksi Rusiyanın hərbi bazasına aiddir, sadəcə olaraq, erməni ictimaiyyətini aldatmaq üçün Ermənistana verildiyi görüntüsü yaradılır.
2. Raket kompleksinin Ermənistana verilməsi xəbəri “Reqnum” agentliyində yayılıb. Rusiyada ermənipərəst mövqeyi ilə tanınan bu agentlik Kremlin nəzarətindədir və bu informasiya da məhz Kremlin istəyinə uyğun olaraq məqsədli şəkildə yayılıb.
3. Ən nəhayət, raket kompleksinin Ermənistana verilməsi xəbəri Rusiyanın yanvarın 19-da Azərbaycana yeni hərbi texnika satmasından sonra erməni ictimaiyyətində yaranan narazılığı sakitləşdirmək gedişidir.
Bu baxımdan, Ermənistan ictimaiyyəti raket kompleksinin erməni ordusuna məxsus olduğuna inanmır.
O da ehtimal olunur ki, “Kornet-E” kompleksləri 26 iyun 2015-ci ildə Ermənistanla Rusiya arasında silah və hərbi texnikanın alınmasına dair 200 milyon dollarlıq ixracat krediti sazişi çərçivəsində əldə edilib.
Qeyd edək ki, Azərbaycan da 2008-ci ildə Rusiyadan “Kornet-E” kompleksləri alıb.
Xatırladaq ki, bundan bir müddət öncə də Ermənistanda Sarkisyana yaxın KİV-lər bayram edib.
Erməni mətbuatı Ermənistanın İsraildən tank əleyhinə çoxfunksiyalı "Spayk" raketləri alacağı barədə yazıb.
2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusu 25-dən çox erməni tankını məhz "Spayk" raketləri ilə məhv etmişdi. Bu, Serj Sarkisyanın da etiraf etdiyi kimi 1980-ci illərin texnologiyası ilə silahlanmış Ermənistan ordusunun manevr imkanlarını çox zəiflətmişdi. O vaxt erməni hərbi ekspertlər hakimiyyəti bu silahlardan almamaqda günahlandırmışdı. İndi göründyü kimi, ermənilər bu sahədəki gerliklərini aradan qaldırdıqlarını bildirirlər.
Xəbəri yayan KİV-lər iki ölkə arasında "Spayk" raketlərinin alqı-satqısı ilə bağlı müqavilənin İsrailin regional əməkdaşlıq naziri Tsaxi Haneqbinin iyulun 25-də İrəvana etdiyi səfər zamanı imzalandığına işarə vururlar. Beləliklə, erməni KİV-lərinə inanılarsa, Azərbaycan ordusu Ermənistan ordusu üzərindəki bir üstünlüyünü itirmək üzrədir. Təbii ki, bu alqı-satqının erməni ordusunda yarada biləcəyi ruh yüksəkliyi də ayrı bir problem kimi görünə bilər.
Lakin Azərbaycan Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı, politoloq Fikrət Sadıqov yerli mediaya müsahibəsində erməni mətbuatının israilli nazirin İrəvana səfəri barədə şişirtmə ilə məşğul olduğunu bildirib:"İsrail Azərbaycanla yaxın münasibətlərə malikdir. Düzdür, Türkiyə, Pakistan və Özbəkistan kimi Qarabağ məsələsinə görə Ermənistanla diplomatik əlaqələri kəsməsə də, bu münasibətləri inkişaf da etdirməyib. İndi regional inkişaf nazirliyi iki ölkə arasında müəyyən əlaqələrin inkişafına qərar verib. Amma hər halda, bu, hərbi sahədə əməkdaşlıq müqaviləri deyil".
Əslində isə Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşən Tsaxi Haneqbi diplomatik pasportlara malik vətəndaşlardan viza tələb edilməsinin ləğvi və ikiqat vergi tutulmasının ləğvi ilə bağlı iki müqaviləyə imza atıb. Sadəcə, bu, amma erməni KİV-ləri bunun arxasında gizli hərbi əməkdaşlığın olması barədə iddialar irəli sürməkdə davam edirlər.
Fikrət Sadıqov isə bu iddiaların əsassız olduğunu bildirib: "Birincisi, "Spayk" raketləri alternativlərindən çox bahadır və Ermənistanın buna maliyyə imkanı çatmır, çatsa çoxdan alardı. İkincisi, Ermənistan ordusu tamamilə Rusiya silahları ilə təchiz olub. Yəni bu cür sövdələşmələrdə KTMT çərçivəsində Moskvanın da razılığı olmalıdır".
Dünya silah bazarındakı vəziyyət də polotoloqun dediklərini təsdiqləyir. Məsələ bundadır ki, dünya bazarında İsrailin tank əleyhinə çoxfunksiyalı "Spayk" raketlərinin əsas rəqiblərindən biri Rusiyanın "Kornet" raketləridir. Əgər dünya bazarında bir "Spayk" raketinin qiyməti 200 min dollardırsa, "Kornet"in qiyməti 50 min dollar ətrafında dəyişir.
Həm də Ermənistan "Kornet"i KTMT çərçivəsində Rusiya daxili qiymətlərlə ala bilər. Erməni KİV-lərinin yazdığına görə, İsrail "Spayk" raketlərini Azərbaycanla yanaşı Ermənistana da təklif edibmiş. Amma məhz bu arqumentə görə Ermənistan "Spayk"dan imtina edib. Görünür, Serj Sarkisyanın səfər çərçivəsində Tsaxi Haneqbi ilə görüşməməsi də bununla bağlıdır.
Ekspert Elşən Həsənovun fikrincə, Azərbaycan ordusunun müasir hərbi texnika ilə təchiz olunması, üstəgəl yerli silah istehsalı Errmənistan rəhbərliyinin narahatlığına səbəb olan amillərdən biridir: “Ermənistanla Azərbaycan arasında ordu gücü müqayisə olunmaz dərəcədədir. Bu bir sıra hərbi beynəlxalq təşkilatlkarın da hesabatlarında qeyd olunub ki, Azərbaycan ordusu Cənubi Qafqaz və dünyanın ən güclü orduları sırasındadır. İndi ola bilər ki, Rusiya hansısa silahını Ermənistana vermiş olsun. Daha bunu bayram etməyin belə mənası yoxdur. Ermənistan sərhədləri Ruysiya tərəfindən qorunur, Ermənistan ərazisində Rusiyanın hərbi bazası mövcuddur.. Bu da onu deməyə əsas verir ki, Rusiyanın Ermənistan ərazisinə hansısa hərbi texnikasını gətirməsi, heç də Ermənistan ordusuna verməsi demək deyil. Elə Ermənistan ordusu da Rusiya tərəfindən idarə olunur. Ona görə də Ermənistan bu məsələdə heç vaxt sevinə bilməz. Qaldı onuin xaricdən silah-sursat almasına. Bu da inandırıcı görünmür. Axı işğalçı ölkə səfalət içində yaşayır, əhali acından qaçıq, istehsal yox, iş yerləri bağlanır, maaşlar verilmir, etirazlar müşahidə olunur. Belə bir durumda Ermənistan hökumətində pul hardandır ki, xaricdən silah alsın. Ermənistan sadəcə belə xəbərlər yaymaqla daxili auditoriyanə sakitləşdirməyə cəhd göstərir”.
Politoloq Mirsamir Məmmədovun fikrincə isə, Ermənistan hər zaman blef bəyanatlar səsləndirməyə çalışaraq Azərbaycan və Ermənistan arasındakı ciddi qüvvələr nisbətini mifoloji şəkildə dəyişməyə can atır: “Reallıq isə 180 dərəcə fərqlidir. Ermənistanın bütün qüvvəsi sadəcə səsləndirdiyi qeyri-real, gülünc və mifik bəyanatlardan ibarətdir. Sanki aradakı qüvvələr nisbətindəki fərqliliyin təskinliyini səsləndirdikləri bəyanatlarda tapmağa çalışırlar. Əslində Ermənistanın tək silahı onun iyrənc və mənfur yalanlarıdır. Dünya ictimaiyyətini hər zaman reallıqdan çox uzaq olan saxta ifadələrlə riyakarcasına aldatmağa çalışaraq diqqətləri və Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinə dair baxış tendensiyasını dəyişməyə can atırlar. Eləcə də həm erməni ictimaiyyətində, üstəgəl Azərbaycan ictimaiyyətində də öz xeyirlərinə ictimai rəy formalaşdırmağa təşəbbüs göstərirlər. Bu siyasət birmənalı olaraq Ermənistanın işğaldan əl çəkməyəcəyinin görüntüsüdür. Lakin reallıq həmişə fərqlidir”.
Politoloqun sözlərinə görə, Azərbaycanla işğalçı ölkə arasındakı güc nisbəti heç müqayisə oluna bilməz, hələ nəinki Azərbaycana hər hansısa zərbərlər endirələr: “Bütün dünya şahiddir ki, Ermənistan 2016-cı ilin aprel döyüşlərində bütün dünyaya yalvarırdı ki, Azərbaycan müharibəni dayandırsın. Hələ o zaman biz ordumuzun ixtiyarında olan böyük silahların heç birisindən istifadə emədik. Çox kiçik həcmli silahlarla bütün erməni qüvvələrini ordumuz darmadağın elədi. Lələtəpə qəhrəman əsgərlərimizin şücaəti nəticəsində 40 dəqiqəyə azad edilmişdi. Cocuq Mərcanlı da həmçinin çox rahatlıqla düşmən qüvvələrindən təmizləndi. Ermənilərin bütün gülünc doğuran mifik bəyanatlarına, bütün erməni yalanlarına Prezidentin tapşırığı ilə Cocuq Mərcanlıda məhz Şuşa məscidinin arxitekturasında məscidin inşa edilməsi ən tutarlı və layiqli cavabdı. Bu o demək idi ki, biz, erməni vandallarının məhv etməyə çalışdığı bütün tariximizi və tarixi abidələrimizi, eyni zamanda, bunun fonunda bütün ərazi bütövlüyümüzü bərpa edəcəyik. Ermənilərin bütün fəaliyyətləri sadəcə bəyanatlardan ibarət olduğu halda, Azərbaycan konkret və dəqiq addımlar atmaqdadır və Azərbaycan işğaldan azad etdiyi torpaqlarda yenidənqurma və abadlıq işləri aparır, cəbhəyanı ərazilərdə yaşayan mülki sakinlərin təhlükəsizliyi gücləndirilir, bu sahədə dövlətimiz var qüvvəsilə çalışır. Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında qüvvələr nisbətindən danışmaq özü absurd bir fikirdir. Ermənistanın bütün qüvvəsi və potensialı 2016-cı ilin aprel döyüşlərində açıq-aşkar görsəndi. Onların tək gücü riyakarlıqdır və bütün dünyaya yalvararaq saxta və yalan göz yaşları ilə öz tərəflərinə çəkməyə çalışmaqdan ibarətdir. Tək bacardıları budur. Səsləndirdikləri bütün bəyanatlar da sadəcə ictimai rəy xarakterlidir. Ermənistan faktiki olaraq zəif, gücsüz və aciz duruma düşmüş, ciddi demoqrafik problemləri olan, səfil bir ölkədir. Azərbaycanın hərbi büdcəsi isə bütün Ermənistanın dövlət büdcəsindən qat-qat artıqdır. Azərbaycan ordusunun arsenalındakı silahlar dünyanın ən güclü ordusuna sahib ölkələrinin ordularında olan silahlarla eyni səviyyədədir. Azərbaycan silah sənayesi hal hazırda bir çox məhsullarını dünya bazarına çıxarıb, bir çox dövlətlər Azərbaycanın silahlarından sifariş verib. Faktiki olaraq Azərbaycan hərbi baxımdan çox inkişaf etmiş qüdrətli bir ölkəyə çevrilib. Bu bölgədə heç bir qüvvənin Azərbaycanla hərbi dildə danışmağa potensialı çatmaz, nəinki gücsüz və səfil Ermənistan ola. Azərbaycan ordusu istənilən zaman bütün Ermənistanı 24 saat ərzində yerlə-yeksan etməyə qadirdir.
Cavid

Bu xəbər oxundu
- - -