Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Münhen Təhlükəsizlik Konfransı fevralın 16-da işinə başlayacaq

08.02.18, 14:27
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

54-cü Münhen Təhlükəsizlik Konfransı fevralın 16-dan 18-dək keçiriləcək.
Qarşıdakı Konfransın gündəliyi, əsasən, Avropa İttifaqının qlobal oyunçu kimi gələcək roluna və ABŞ-Rusiya münasibətlərinə həsr olunacaq.
Bundan əlavə, Münhen Konfransının iştirakçıları Yaxın Şərqdəki münaqişələri, Fars körfəzi ölkələri arasında pozulan əlaqələri, eləcə də Şimali Koreyanın nüvə proqramı ətrafındakı gərginliyi müzakirə edəcəklər.
Konfransın qonaqları arasında 20-dən çox dövlət və hökumət başçıları var. Belə ki, BMT-nin baş katibi Antoniu Quterriş, Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker, Avropa diplomatiyasının rəhbəri Federika Mogerini, NATO-nun baş katibi Yens Stoltenberq, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, İranın XİN başçısı Məhəmməd Cavad Zərif, Britaniyanın baş naziri Tereza Mey, Avstriyanın kansleri Sebastyan Kurts, İsrail hökumətinin rəhbəri Binyamin Netanyahu, Ukrayna prezidenti Petro Poroşenko iştiraklarını təsdiq ediblər.
ABŞ-ı Konfransda Pentaqon rəhbəri Ceyms Mattis, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Herbert Makmaster təmsil edəcək, senatorların nümayəndə heyətinə isə ənənəvi qaydada respublikaçı Con Makkeyn başçılıq edəcək.
Forumda ev sahibi Almaniya tərəfdən xarici işlər naziri Ziqmar Qabriel, Almaniya Sosial Demokrat Partiyasının lideri və Almaniya Xarici İşlər Nazirliyinin mümkün yeni rəhbəri Martin Şults, eləcə də digər nazirlik və qurumların rəhbərləri iştirak edəcəklər.

Bu xəbər oxundu
- - -