Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Yekun qərar İrəvan və Bakının əlindədir”

09.02.18, 13:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Rusiya, Fransa və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret “resepti” ola bilməz”.
Bunu Rusiyanın Ermənistandakı səfiri İvan Volıkin tert.am-a müsahibəsində bildirib.
“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ATƏT-in Minsk Qrupunun məsuliyyət daşıdığı sahədir. ATƏT-in Minsk Qrupunda Rusiya, Fransa və ABŞ yalnız vasitəçilik missiyasını həyata keçirir. Bu isə o deməkdir ki, nə Rusiyanın, nə Fransanın, nə də ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret “resepti” ola bilər”, - deyə səfir vurğulayıb.
Rusiya səfiri qeyd edib ki, münaqişənin tənzimlənməsi məsələsində yalnız Azərbaycan və Ermənistan razılığa gələ bilər. ABŞ və Fransa ilə birlikdə Rusiya buna şəraitin yaradılması üçün əlindən gələni edir: "Yekun qərar İrəvan və Bakının əlindədir”.

Bu xəbər oxundu
- - -