Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rusiyadan ABŞ-ı dəli edən cavab

12.02.18, 8:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Əgər istəsə ABŞ-a da S-400 sata bilərik". Rusiya ABŞ-ı qıcıqlandıran açıqlama verib. Bu açıqlamanı isə ``Rostek``in baş direktoru Sergey Çemezov dilə gətirib.
"Washington Post"un müxbiri Çemezovdan NATO üzvi olan Türkiyəyə bu kompleksi verməkdə hədəflərinin nə olduğunu soruşub.
``S-400 hücum sistemi deyil, müdafiə üçündür. Amerikalılar istəsə bu sistemdən onlara da sata bilərik. Stratejik sahədə heç bir problem yoxdur. Təhlükəsizlik baxımından da Rusiya üçün hər hansı problem görmürəm. Əksinə ölkə əgər öz hava sahəsinin müdafiəsini təmin edə bilirsə, özünü daha təhlükəsiz hiss edəcək. Belə bir ölkəyə hücum etmək istəyənlər iki dəfə düşünməlidirlər".
"Rostek" rəhbəri bir çox dövlətin belə silaha sahib olmağı arzu etdiyini də etiraf edib. Buna görə də onlara tələb olduqca çoxdur.
Xatırladaq ki, Türkiyə ilə Rusiya arasında "S-400" kompleksinin alqı-satqısı arasında razılıq əldə edilib. Təhvilin 2019-cu ildə baş tutması nəzərdə tutulub.
NATO üzvinin Rusiyadan adıçəkilən kompleksi alması həm alyans, həm də ABŞ tərəfindən birmənalı qarşılanmayıb. Onlar bu addımın doğru olmadığını deməklə yanaşı, Türkiyəni hədələməkdən də çəkinməyiblər.

Bu xəbər oxundu
- - -