Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Marşrut problemli

13.02.18, 8:53
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dörd dağ kəndini özündə birləşdirən Daster Lerik rayonunun ucqar ərazisidir. Hazırdan burdan rayon mərkəzinə getmək əhali üçün böyük problemdir. Bu da avtobus marşrutu ilə bağlıdır. Belə ki, bu səbəbə görə dasterlilər mərkəzə, eləcə də ətraf kəndlərə getməkdən ötrü kənar sürücünün ümidinə qalırlar. Onlar da bu vəziyyətdən istifadə edərək kəndən mərkəzə gedib-gəlməyi 2 manat olan yoldan hər sərnişindən 15 manat pul istəyirlər. Buna imkanı çatmayan adamlar bir vacib işdən ötrü günlərlə gözləməli olur, çox vaxt isə aylarla rayon mərkəzi ilə əlaqə saxlamaq olmur. Hətta kəndin pensiyaçıları bu səbəbdən aşağı kəndlərə düşüb öz pullarını bankomatdan çıxara bilmirlər.
Onu da deyim ki, təkcə Daster deyil, rayonun əksər kəndindən mərkəzə avtobus işləmir. Adamın inanmağı gəlmir Azərbaycanın sürətlə inkişaf etdiyi indiki zamanda başqa yerdə belə bir vəziyyət olsun. Halbuki, sovet vaxtı rayonun 26 ərazisinə avtobus marşrutu açılmışdı. Təəssüf, onların ömrü sovet dağılan kimi oldu. Rayon rəhbərliyi vəziyyətlə tanışdır. Gətirdikləri bəhanə rayon mərkəzində avtovağzalın yoxluğu ilə bağlıdır. Belə getsə, problem çətin düzələ. Amma dasterlilər öz prezidentinə sədaqətli, dövlətinə ürəkdən bağlı olan insanlardır. Bu inamla da məsələnin həllini öz prezidentindən gözləyir.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Bu xəbər oxundu
- - -