Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Mixail Saakaşvili Polşaya göndərilib

13.02.18, 9:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ukrayna Sərhəd Xidməti Mixail Saakaşvilinin Ukraynadan göndərilməsi xəbərini təsdiqləyib. Daha sonra isə Saakaşvilinin Polşaya gəldiyi haqqında xəbər verilib.
"TSN Ukrayna" televioziya kanalı mənbələrinə istinadən bildirir ki, söhbət deportasiyadan yox, readmissiyadan, yəni, şəxsin qanunsuz olaraq gəldiyi ölkəyə qaytarılmasından gedir.
Saakaşvilinin vəkili Ruslan Çernolutski bildirib ki, Polşa siyasətçinin geri qaytarılmasına razılıq verməyib.
Mixail Sakaakaşvilinin özü isə ölkədən çıxarılmasını Ukrayna hakimiyyət orqanları tərəfindən "hədsiz zəiflik və hədsiz qorxaqlığın təzahürü" adlandırıb.
"Saxladıqdan sonra məni avtobusa, sonra aparıb vertolyota mindirdilər. Vertolyot, başa düşdüyüm qədərilə bir müddət Kiyev üzərində dövr etdi. Borispolda eniş etdikdən sonra əllərimi kobud güc tətbiq etməklə burdular və təyyarəyə mindirdilər", Saakaşvili bildirib.
Saakaşvili restoranda saxlanıb
Son vaxtlar Ukrayna prezidenti Petr Poroşenkonun ünvanına mütəmadi olaraq ittihamlar səsləndirən Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Kiyevin "Suluquni" restoranında həbs edilib.
Onun bir neçə müttəfiqi Saakaşvilinin saxlanılması barədə müxtəlif nəşrlərə dərhal məlumat verib.
Xüsusulə, Ukrayna Ali Radasının deputatı Yuri Derevyanko Rusiyanın RiA Novosti agentliyinə verdiyi açıqlamada siyasətçinin "Kiyevdəki "Suluqunu" restoranından naməlum şəxslər tərəfindən oğurlandığını" bildirib.
Saakaşvilinin həbs olunması barədə onun digər siyasətçi müttəfiqi, David Sakvarelidze də bildirib. Bu məlumatı TASS agentliyinə Gürcüstan prezidentinin mətbuat xidməti də təsdiqləyib.
Öz növbəsində "Forbes Ukraina" jurnalının keçmiş baş redaktoru Vladimir Fedorin Facebook səhifəsində "Saakaşvilini Ukrayna Dövlət Sərhəd Xidmətinin gödəkçələrində olan şəxslər həbs edib" yazıb.
Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat katibi Yelena Gitlyanskaya siyasətçinin həbsiylə təmsil etdiyi qurumun əlaqəsi olmadığını bəyan edib.
Ukrayna Baş Prokurorluğu və Miqrasiya Xidməti Saakaşvilini həbs etmədiklərini bildiriblər. Siyasətçinin müttəfiqi Liza Boqutskaya Facebook səhifəsində ilkin məlumatlara görə, onun Varşavaya göndərmək üçün Kiyevin "Borispol" hava limanına aparıldığını yazıb.
"İlkin olaraq "Borispol" hava limanına gedirik. Varşavaya reys saat 17:25-dədir (Moskva vaxtı ilə 18:25). Görünür ki, Mişanı bu reyslə göndərmək istəyirlər ".
"Təslim olmaq niyyətində deyiləm"
Ötən həftənin şənbə günü Gürcüstanın "Rustavi-2" telekanalına müsahibə verən Saakaşvili Ukrayna Miqrasiya Xidmətinin guya onun Polşaya deportasiya edilməsi barədə qərar qəbul etdiyini bildirib.
"Məni Ukraynadan çıxarmaq istəyirlər. Biz sona qədər mübarizə aparacağıq. Mən təslim olmaq niyyətində deyiləm", - o, qeyd edib.
Bundan bir həftə əvvəl Kiyev məhkəməsi Saakaşvilinin birinci instansyia məhkəməsinin qərarına etiraz olaraq verdiyi apellyasiya şikayətini rədd edib. Saakaşvili ona qaçqın və ya əlavə qorumaya ehtiyacı olan şəxs statusunun verilməsini tələb etmişdi.
Ukrayna baş prokuroru Yuri Luçenko həmçinin siyasətçinin deportasiya edilməsinin mümkün variantları barədə, o cümlədən onun 2016-cı ildə qeyri-qanuni yolla sərhəddini keçdiyi Polşaya təslim edilməsi və Tbilisiyə təhvil verilməsi barədə danışmışdı.
2015-ci ilin mayında Ukrayna vətəndaşlığı alan Mixail Saakaşvili Odessa vilayətinin qubernator olub. 2017-ci ilin iyulunda Ukrayna prezidenti Petr Poroşenko onu ölkə vətəndaşlığından məhrum edib. Bundan bir neçə gün əvvəl isə Saakaşvili qubernatorluqdan imtina edib.
Ukrayna Baş Prokurorluğu və Təhlükəsizlik Xidməti Saakaşvilini cinayət təşkilatlarına kömək etməkdə və Ukraynanın ərazi bütövlüyünü pozmaqda ittiham edir. Bu maddə ilə onu 3 ildən 5 ilə qədər həbs cəzası gözləyir.

Bu xəbər oxundu
- - -