Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ABŞ general Funku niyə önə verib?

13.02.18, 9:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ-ın PKK üçün Türkiyə ilə qarşıdurmaya girməsi Rusiya və İranın “çörəyinə yağ sürtər”

ABŞ Türkiyəni Afrində durdurmaq üçün Suriyadakı ən üst səviyyəli komandanı olan general-leytenant Funku danışdırıb. General Funk, prezident Tayyib Ərdoğanın Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Afrindən sonra Menbiçə də girəcəyi, Fəratın şərqi də daxil olmaqla, son terrorçu neytrallaşdırılana qədər mübarizənin davam edəcəyi haqqında dediyi sözlərə cavab verib. Funkun yanına aldığı jurnalistlərlə birlikdə Menbiçə getməsi, YPG-liləri ziyarət etməsi, onların yanında müsahibə verməsi, YPG-lilərdən “qəhrəman” deyərək, söz açması – hamısı, şübhə yox ki, Vaşinqtonun yazdığı ssenarinin səhnədə oynanması idi. Funk bu səhnədə görüntülü və sözlü olaraq, Türkiyəni təhdid etdi. “Bizi vursanız, aqressiv şəkildə cavab verərik”- dedi.
“Strateq” “Hürriyet”ə istinadən yazır ki, Funkun diqqəti cəlb edən bir sözü də “CNN İnternational” muxbirinin “ən çox nədən əndişə edirsiniz” sualına verdiyi cavab idi. ABŞ-lı general bu suala “Yanlış hesab” cavabını verdi. Bu söz Türkiyəyə “Yanlış hesab etməyin, qarşınızda YPG deyil, biz varıq” - demək anlamı daşıyırdı. Funkun danışma zamanı da diqqəti cəlb edir. General Funk, Ağ evin milli təhlükəsizlik müşaviri Makmasterin və xarici işlər naziri Tillersonun Türkiyəyə edəcəyi ziyarətdən həmən öncə danışdı. Makmaster və Tillersonun verəcəyi mesajların öncədən duyurulması Türkiyənin reaksiyasının ölçülməsinə və ABŞ-ın mövqeyinin duyurulmasına yönəlik bir təşəbbüs idi.
Bunu qeyd etmək lazımdır ki, Ankaranın tərəf-müqabili Suriyadakı bir general-leytenant deyil. Onun tərəf-müqabili ancaq türk ordusundakı əvəzi ola bilər. ABŞ, Makmaster və Tillersonun ziyarəti öncəsində bir mesaj vermək istəyirsə, bunu Ankaranın tərəf-müqabil olaraq qəbul edə biləcəyi səviyyədəki siyasi məsul şəxslə etməliydi. Vaşinqtonun seçdiyi yol yanlışdır. Faktiki olaraq, Ankaraya bir təsiri olmadı. Ankara daha öncə açıqladığı mövqeyində dururdu. ABŞ generalının “Menbiçdən çəkilməyi düşünmürük” sözlərinin də Ankarada qarşlığı yox idi. Çünki Ankaranın “Menbiçdən çəkiləcəklər, çəkilməzlərsə biz çıxararıq” sözləri ABŞ-a deyil, birbaşa PKK-PYD-YPG cəbhəsinə yönəlik idi. Ankara bunu söyləyərkən ABŞ-ın daha öncə verdiyi sözü də xatırlatdı. ABŞ YPG-lilərin Fəratın şərqinə çəkiləcəklərini öz öhdəsinə götürmüşdü. ABŞ-ın bu vədini yerinə yetirmək yerinə, YPG adından Türkiyəyə “çəkilmirik, vurarsanız, vurarıq” kimi bir cavab verməsi ancaq düşmən tərəfdə yer tutan qüvvələrin edə biləcəyi bir açıqlama idi.
ABŞ-ın general Funk üzərindən Türkiyəyə “yanlış hesab etməyin” deyərək, xəbərdarlıq etməsinə gəlincə… Türkiyə öz hesabını dünya birliyinə açıq şəkildə bildirib. “Fərat qalxanı”nda olduğu kimi, “Zeytun budağı” hərəkatının da məqsədi sərhəddinə dayanmış və Türkiyəni parçalamağa yönəlmiş PKK-PYD-YPG və İŞİD terror təşkilatlarını təsirsiz hala gətirmək, Suriyanın ərazi bütövlüyünü və Tükiyənin davamlılığını təminat altına almaqdır. Türkiyənin bu məqsədlərindən vaz keçməsini gözləmək realist yanaşma deyil.
Ankaranın belə bir təhdid qarşısında milli müdafiəyə keçməməsi mövcudluğu ilə bir araya sığmaz. TSQ-nin Suriya torpaqlarındakı hərəkatını belə dəyərləndirmək lazımdır. Bu təminat əldə edildikdən sonra Türkiyə öz sərhədlərinə çəkiləcəkdir. Yanlış hesab edən Ankara deyil, 60 illik müttəfiqi olan Türkiyənin qanuni özünümüdafiəsi ortadaykən, PKK-PYD-YPG-nin yanında duran və təhdid yağdıran ABŞ-dır. Bəli, ABŞ-ın hesabı yanlışdır. Yanlışdır, çünki ABŞ-ın PKK üçün Türkiyə ilə qarşıdurmaya girməsi Rusiya və İranın “çörəyinə yağ sürtər”; NATO-da böyük bir sınmaya səbəb olar və kilidlənməyə yol açar; ABŞ Türkiyəni itirər; Orta Şərqdə balans əməlli-başlı pozular; ABŞ regionda əməlli-başlı yalnız qalar; Suriyada qalması çox çətinləşər… Hesabını gözdən geçirməli olan Türkiyə deyil, ABŞ-dır.

Bu xəbər oxundu
- - -