Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ronaldo 100 qol vuran futbolçu kimi tarixə düşüb

15.02.18, 12:55
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İspaniyanın “Real Madrid” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasında bir komandanın heyətində 100 qol vuran ilk futbolçu kimi tarixə düşüb. Onun ən yaxın izləyicisi olan “Barselona”nın futbolçusu Lionel Messinin hesabında 97 qol var. Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Real” və Fransanın PSJ komandaları arasında keçirilən matçda 33 yaşlı Ronaldo dubla imza atıb.
Portuqaliyalı hücumçuya bu nailiyyəti əldə etmək üçün 95 oyun bəs edib. O, İngiltərənin “Mançester Yunayted” klubundan “Real”a 2009-cu ilin yayında keçib. Çempionlar Liqasında onun hesabında ümumilikdə 117 qol var. Ronaldo turnir tarixinin ən yaxşı bombardiridir. Həmçinin Ronaldo yeddi mövsüm ardarda Çempionlar Liqasında ən azı 10 qol vuran ilk futbolçu olub. O, 2011-2012-ci il mövsümündə 10, 2012-2013–cü il mövsümündə 11, 2013-2014 –cü il mövsümündə 17, 2014-2015-ci illərdə 10, 2015-2016-cı il mövsümündə 17, 2016-2017-ci il mövsümündə isə 12 dəfə fərqlənib. Hazırkı mövsümdə onun hesabında 11 qol var.
Qeyd edək ki, Ronaldo dörd dəfə Çempionlar Liqası, Avropa çempionu, beş dəfə “Qızıl top”, İspaniya və İngiltərə çempionu, İspaniya və İngiltərə kubok və superkubokunun sahibi, klublararası dünya çempionatının və UEFA Superkubokunun qalibi olub.

Bu xəbər oxundu
- - -