Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Formula 1 israfçılıqdan başqa bir şey deyil”

16.02.18, 11:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Əli Orucov: “Bu yarışlar Bakı sakinlərinə ciddi problemlər və narahatlıqlar yaşadır”

Elman Cəfərli: “Müqavilənin 2025-ci ilə qədər artırılması bizim üçün arzuolunmazdır”

Formula-1 üzrə Azərbaycan Qran-Prisinin müqaviləsinin 2025-ci ilədək uzadılması ilə bağlı müzakirələr gedir. Azərbaycan Qran-Prisinin promouteri Arif Rəhimov TASS-a bildirib ki, Formula-1 üzrə Azərbaycan Qran-Prisinin təşkilatçıları, bu ilin yayına qədər “kral yarışı”nın rəhbərliyinə, onlarla müqaviləni 2025-ci ilədək uzadıb-uzatmacaqlarına dair cavab verməlidir. Onun sözlərinə görə, hazırkı müqavilə 2020-ci ildə bitir.
Gənclər və İdman naziri Azad Rəhimov, bu yarışların Azərbaycanda 2016-ci ildən etibarən keçirildiyini xatırladaraq, bildirib ki, bu yarışların keçirilməsi üçün çəkilən xərcin 80 faizini Azərbaycan ödəyir.
“Bir neçə ay ərzində, biz Formula-1 rəhbərliyinə müqavilənin daha 5 il müddətinə, 2025-ci ilədək uzadılması ilə bağlı cavab verməliyik. Hamı başa düşür ki, hazırki müqavilə qəbuledilməzdir. Mənə elə gəlir ki, bunu Formula-1-in yeni rəhbərliyi də başa düşür. Burada söhbət bizim ödədiyimiz məbləğdən, bəzi kommersiya şərtlərindən gedir. Amma onu deyim ki, bizim eyni zamanda bu “kral yarışları”nı Azərbaycanda saxlamaq niyyətimiz var”.
Qeyd edək ki, Azərbaycan Qran-Prisi 27-29 aprel tarixlərində keçiriləcək.
Siyasi şərhçi Əli Orucov bildirdi ki, beynəlxalq idman yarışlarının Azərbaycanda keçirilməsi yaxşı haldır: “Ölkəmiz dünya ictimaiyyəti tərəfindən daha yaxşı tanınar, turizmi sənayesinin inkişafına təkan verər, beynəlxalq əlaqələri güclənər və s. Amma təəssüflər olsun ki, bəzən bu yarışların keçkirilməsi əksinə olur, əks effekt verir. Belə yarışlara da büdcədən külli miqdarda vəsit ayırmaq bədxərclikdən, israfçılıqdan başqa bir şey deyil. Formula 1 yarışları belə qəbildəndir. Bu yarışlar havayı pullar xərcənilməsindən başqa Bakı sakinlərinə ciddi problemlər və narahatlıqlar yaşadır. Şəhərin ictimai həyatı və nəqliyyatı iflic olur ki, bu da haqlı narazılıqlar yaradır. Yəni həm maliyyə xərclə, həm də əziyyət keç . Bu tip yarışların keçirilməsinin Azərbaycana lazım olub olmadığına İdman və Turizmi nazirliyi daha yaxşı cavab verər”.
Araşdırmaçı jurnalist Elman Cəfərli isə bildirdi ki, Formula-1 Qran Prisinin Bakıda keçirilməsini ölkənin tanıdılması baxımından anlamaq olar: “Amma unutmamalıyıq ki, ölkəni ən çox tanıdan idman növu futboldur. Təəssüf ki. Azərbaycan futbolu hazırda istənilən səviyyədə deyil. Buna görə də xaricdə Azərbaycan futbolu izlənilmir. Hesab edirəm ki. ölkənin tamnıdılması haqqında dşünürüksə və ilk öncə futbolumuzun inkişafına nail olmalıyıq. İqtisadi baxımdan isə Formila-1-in Azərbaycana divident gətirdiyi az inandırıcıdır. Çünki bu yarışları izləmək üçün ölkəyə kütləvi şəkildə turist gəlmədi. Ona görə də açıqlanan rəqəmlərin nəyə söykəndiyi haqqında məlumatlı deyiləm”.
Elman Cəfərli həmçinin əlavə etdi ki, Azərbaycan əhalisinin böyük bir hissəsi Bakıda yaşayır: “Bu səbəbdən də şəhərdə kifayət qədər sıxlıq var. Bu həm də tıxacların yaranmasına səbəb olur. Formula-1-in Bakının mərkəzində keçirilməsi həm də bu baxımdan əlavə problemlər yaradır. Üstəlik təşkilatçılarla bağlanan müqavilə də Azərbaycanın maraqlarına cavab vermir. Ona görə də, hesab edirəm ki, müqavilənin 2025-ci ilə qədər artırılması bizim üçün arzuolunmazdır və qəbul edilməməlidir”.

Bu xəbər oxundu
- - -