Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Şahdəniz 2“ layihəsinə siyasi dəstək

16.02.18, 12:48
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Fevralın 15-də "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının nazirlərinin IV iclasında imzalanan birgə bəyannamənin mətninin bir hissəsi açıqlanıb.
Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.
Sənədi imzalayan tərəflər "Cənub Qaz Dəhlizi" layihəsinin ətraf mühitin mühafizəsi, zərərli qazların həcminin azaldılması, enerji mənbələrinin şaxələndirilməsi, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və digər aspektlərinin həyata keçirilməsinə hazır olduqlarını bəyan ediblər.
Bəyannaməni imzalayan Azərbaycan, Gürcüstan və Türkiyə tərəfi "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması üçün bu istiqamətdə işləri davam etdirmək barədə razılığa gəliblər.
Tərəflər həmçinin, bəyannamədə "Şahdəniz" qaz-kondensant yatağının işlənməsinin ikinci mərhələsinə siyasi dəstək verdiklərini ifadə ediblər.
Bəyannamədə Azərbaycan, Gürcüstan və Türkiyə dövlətinin bu layihənin həyata keçirilməsində xüsusi rol oynadığını, eləcə də bu layihənin Enerji Birliyinə üzv dövlətlərin, o cümlədən Balkan ölkələri və Gürcüstan üçün əhəmiyyəti vurğulanıb.
Bundan başqa, tərəflər strateji münasibətlərin və regional əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyini qeyd ediblər. Sənəddə tərəflər bu istiqamətdə əldə olunmuş nailiyyətləri qeyd edərək bir daha bəyan ediblər ki, layihə nəzərdə tutulmuş vaxtda yekunlaşacaq və Avropa 2020-ci ildən Azərbaycan qazını əldə edəcək.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)