Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bakıda çağdaş türk yazıçıların hekayələr kitabı işıq üzü görüb

21.02.18, 11:24
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“AYBkitab” layihəsi çərçivəsində “Həyatın rəngləri” (Almanax) - çağdaş Türkiyə yazarlarının hekayələri işıq üzü görüb. Kitab Azərbaycan Yazıçılar Birliyi ilə Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) əməkdaşlıq müqaviləsi əsasında çap olunub.

Yeni nəşrdə 20 türk yazıçısının, o cümlədən, Abdulla Akayın “Cinlərin rəqsi”, Zəhra Birsən Yamakın “Vətən sevgisi”, Zəhra Yücelin “Səs”, Zeynəb Sati Yaçının “Qəhvə fəsiləsi”, Osman Çeviksoyun “Günəbaxan” hekayələri yer alıb.
Qeyd edək ki, “AYBkitab” layihəsinin rəhbəri Xəyal Rza, almanaxın Azərbaycan dilinə uyğunlaşdıranı Cavid Qədir, redaktoru Şahanə Müşfiqdir.

Bu xəbər oxundu
- - -