Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ABŞ-ın məqsədi Suriyanı parçalamaqdır

21.02.18, 12:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bunu politoloq Məhəmməd Əsədullazadə bildirb. Onun sözlərinə görə, Türkiyənin Suriyanın Afrin regionunda keçirdiyi "Zeytun budağı" hərbi əməliyyatı YPG terror təşkilatına böyük itkilər yaşadır. Afrində Türkiyənin qələbə çalması reallaşsa da, ardınca Menbicə girəcəyi polimikadır. Çünki ABŞ istənilən anda bu əməliyyatlara imkan verməyəcək.
Əsəd ordusunun YPG liderləri ilə razllaşmasına əsasən Afrinə girəcəyi Rusiyanın Türkiyəyə qarşı planı olub. Çünki ABŞ dövlət katibi Tillersonun Ankaraya səfəri və iki ölkə arasında müəyyən məsələlərdə anlaşma mesajı Kremlin narahatlığına səbəb olub: “Göründüyü kimi, Ərdoğanın Putin və Ruhani ilə telefon danışıqları belə bir planın qarşısını almış oldu. Demək, Ərdoğan Kreml və Moskva ilə ortaq məxrəcə gəlibsə, Vaşinqtonla Ankara arasında problemlər öz həllini tapmayıb.
Hazırda ABŞ çalışır ki, YPG terrorçuları vasitəsi ilə Suriyanın böyük bir ərazisinə sahib olsun və bu ölkənin parçalanmasını həyata keçirsin. ABŞ Şimali Suriyada hərbi bazalar yaratmaqla bu ölkədən çıxmayacağı və öz geosiyasi maraqlarının təmin olunmasına qədər mübarizə aparacağını öz strateji planına daxil edib. Rusiyanın "Vaqner" özəl hərbi şirkətinin silahlılarına məlum hücumu da göstərir ki, Vaşinqton öz maraq dairəsinə daxil olmaq istəyən Rusiya ilə toqquşmaya hazırdır”.
Politoloq onu da qeyd edib ki, Vaşinqton eyni analoji addımı Menbicə doğru irəlləyən Türkiyə silahlı qüvvələrinə qarşı həyata keçirə bilər. Bu baş verərsə, Ankara-Vaşinqton əlaqələri müharibə vəziyyətinə gəlməklə, NATO-da böyük siyasi xaosa səbəb olar. Belə bir situasiyanın yaşanması isə Moskvamın geosiyasi maraqlarına cavab verir. Ona görədə ABŞ çalışır ki, rəsmi Ankaranı bu əməliyyatdan çəkindirsin: “ABŞ, Türkiyəyə görə Suriyada öz regional maraqlarından əl çəkməyəcək. Suriyada elə bir mürəkkəb vəziyyət yaranıb ki, burada maraqları toqquşan ölkələrin bir-birləri ilə müharibə riski ən üst səviyyədədir. Qeyd edim ki, Suriyada sülhün əldə edilməsi Əsədlə mümkün olmayacaq. Əsəd getdikdən sonra koalisiya hakimiyyəti yaradılıb, ölkədə federal sistem yaradılacaq”.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)