Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Qarabağ” “böyük beşlik” klubları üçün əlçatmazdı

26.02.18, 12:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Qarabağ” daxili çempionatlarda ən az qol buraxan 3-cü Avropa komandasıdı. Ağdam təmsilçisi cari mövsümdə qapısında hələlik cəmi 6 top görüb. Premyer Liqanın XVII turunda “Kəpəz”lə matçı da “quru” hesabla başa vuran Qurban Qurbanovun yetirmələrini Avropada cəmi 2 komanda qabaqlaya bilir. Bunlar Cəbəllütarq təmsilçisi “Linkoln” və Çexiya “Viktoriya”sıdı. Birincilər daxili birincilikdə keçirdiyi 13 qarşılaşmada cəmi 3 dəfə mərkəzə dəvət edilibsə, “Viktoriya” “Qarabağ” kimi 17 oyuna çıxıb, amma 5 qola üzülüb.
Çexiyanın digər komandası “Slaviya” isə 18 görüşdə 8 qol buraxıb. Ümumiyyətlə, “köhnə dünya”da payız/yaz sistemi ilə keçirilən 41 çempionatda cəmi 9 komanda 10-dan az top buraxıb. “Linkoln”, “Viktoriya”, “Qarabağ” və “Slaviya” ilə yanaşı, “Valletta” (Malta – 20 oyunda 8 qol), “Sutyeska” (Monteneqro - 20, 8), PAOK (Yunanıstan – 22, 8), “Srvena Zvezda” (Serbiya – 24, 9) və “Olimpiya” (Sloveniya – 19, 9) da qapıçısının və müdafiəçilərinin etibarlı oyunu ilə öyünə bilərlər. “Qarabağ” orta hesabla hər matçda 0,35 qol buraxıb ki, bu baxımdan da Avropanın üçüncüsüdü. Yenə müvafiq olaraq “Linkoln” (0,23) və “Viktoriya” (0,29) çempionumuzu qabaqlayır. Komandaların oyun sayına görə buraxdıqları qolları hesabladıqda növbəti yerləri PAOK (0,36), “Srvena Zvezda” (0,37), “Valletta” (0,40), “Sutyeska” (0,40), “Slaviya” (0,44), İspaniya “Atletiko”su (0,44) və “Olimpiya” (0,47) tutur.
“Böyük beşlik” ölkələrinin (İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa) yüksək liqalarında ən yaxşı göstərici “Atletiko”ya məxsusdu. Madridlilər La Liqada “Barselona”nın gerisində qalmasına baxmayaraq, 25 oyunda -11 qolla hamıdan üstündü. İngiltərə və Fransada çempionluğa yaxın görünən “Mançester Siti” ilə PSJ müvafiq olaraq 20 və 19 qola məyus olublar. “Bavariya”da bu say 18, A seriyasında zirvə mübarizəsi aparan “Napoli” ilə “Yuventus”da isə 15-di. Qeyd edək ki, Belarus, Estoniya, Farer adaları, Finlandiya, Gürcüstan, İslandiya, İrlandiya, Qazaxıstan, Latviya, Litva, Moldova, Norveç və İsveç yeni mövsüm başlamayıb.

Bu xəbər oxundu
- - -