Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Akademik Budaq Budaqovun 90 illik yubileyi qeyd olunub

27.02.18, 11:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Fevralın 27-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli alim, Əməkdar Elm Xadimi, “Şərəf”, “Şöhrət” və “İstiqlal” ordenli akademik Budaq Budaqovun 90 illik yubileyi keçirilib. AMEA-nın Yer Elmlər Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov görkəmli alimin elmi fəaliyyətindən, Azərbaycan coğrafiyasına verdiyi töhfələrdən danışıb. AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutuna direktoru, akademik Ramiz Məmmədov B.Budaqovun həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib.
Qeyd olunub ki, uzun illər Coğrafiya İnstitutuna rəhbərlik etmiş B.Budaqov respublikamızda coğrafiya elminin inkişafına dəyərli töhfələr verib. Onun tədqiqatlarının başlıca istiqamətlərini geomorfologiya, landşaftşünaslıq, paleocoğrafiya və toponimika məsələləri təşkil edir. R.Məmmədov akademikin mindən artıq əsər, o cümlədən 30 monoqrafiya yazdığını, dörd lüğət, onlarla xəritə tərtib etdiyini söyləyib. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov görkəmli alimin pedaqoji fəaliyyətindən söz açıb.
Görkəmli coğrafiyaşünas alim, akademik Budaq Budaqovun 90 illik yubileyi münasibətilə AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutu tərəfindən “Azərbaycan coğrafiya elminin inkişafında akademik B.Ə.Budaqovun rolu” adlı monoqrafiya çapdan çıxıb. Kitabın müəllifi institutun Təhsil şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Flora Məmmədova, redaktoru isə coğrafiya üzrə elmlər doktoru Hüseyn Xəlilovdur. Monoqrafiyada akademik B.Budaqovun elmi yaradıcılığının əsas istiqamətləri (geomorfologiya, landşaftşünaslıq, qlasiologiya, neotektonika, toponimika, ekologiya) geniş təhlil edilib, alimin ölkəmizdə elm və təhsilin inkişafındakı rolu ilk dəfə kompleks şəkildə araşdırılaraq sistemləşdirilib. Nəşr Yer elmləri sahəsində çalışan mütəxəssislər, tədqiqatçılar, müəllim və tələbələr üçün nəzərdə tutulub.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)