Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Tramp Çin prezidentini böyük lider adlandırıb

05.03.18, 9:54
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Donald Tramp Çin prezidentinin qeyri-müəyyən müddətə hakimiyyətdə qalmağa yönəlmiş hərəkətlərini alqışlayıb və deyib ki, Amerika da bəlkə bir gün bu yolu seçə bilər. "The Independent" yazır ki, ABŞ prezidenti Si Tzinpinin Çini bir adamın hakimiyyət cəhdini tərifləyib, onu "böyük" lider adlandırıb və onun ömürlük vəzifədə qalmaq niyyətini təqdir edib.
Çinin doğrudan da son dövrdə ən güclü liderlərindən biri olan Si 2012-ci ildə hakimiyyətə gəlib və onun bu postda 2023-cü ilədək qalacağı gözlənilirdi. Amma hakim Kommunist Partiyası prezidentliyi iki müddətə məhdudlaşdıran Konstitusiya maddəsini ləğv edib. Beləliklə o istədiyi qədər hakimiyyətdə olmaq imkanı əldə edib. "O, indi ömürlük prezidentdir. O, böyük adamdır" - Tramp onun Mar-a-Lago malikanəsinə fondtoplama ziyafətinə gəlmiş respublikaçılara deyib.
"Buna baxın e, o, bunu edə bildi. Düşünürəm ki, bu, əladır. Bəlkə bunu bir gün biz də yoxladıq" -Tramp CNN-nin verdiyi xəbərə görə belə deyib. Deyilənlərə görə, bağlı qapılar arxasında keçirilən bu məclisdə Tramp yenə də rəqibi Hillari Klintonun qarasınca danışıb və Amerikanın "saxtakar seçki sistemini" tənqid edib. O, İraq müharibəsini çox böyük səhv adlandırsa da, deyib ki, prezident Corc Buş da "dahidir".
Trampın Sini tərifləməsi demokrat millət vəkili Ro Kanna tərəfindən kəskin tənqid olunub. O, belə bir tvit yazıb: "Bilmirəm, bu zarafatdır, ya yox, amma Si Tzinpinin ömürlük prezident olmasını alqışlamaq ən qeyri-Amerika hərəkətidir. Gorun çatlasın, Corc Vashinqton". ABŞ prezidentləri bir qayda olaraq, hər biri 4 il olan iki müddətə seçilə bilərlər. Yalnız 1932-ci ildə seçilmiş Franklin Roosevelt dörd müddət prezident olub. 1951-ci ildə ABŞ Konstitusiyasına edilmiş düzəliş prezidentliyə iki müddətlik məhdudiyyət qoyub.
Tramp Çin prezidentini tərəfləsə də, Çinin ticarət siyasətini daim tənqid edib. Trampın tərifindən az əvvəl Çin hökuməti Georqe Orvellin "Heyvanıstan" romanını qadağan edib. Bundan başqa Sino Veibo mikrobloq saytı üçün axtarışa məhdudiyyət qoyulub, "razılaşmamaq", "şəxsiyyətə pərəstiş", "ömürlük", "ölümsüzlük", "mühacirət" və "abırsız" kimi sözlərin axtarışı məhdudlaşdırılıb. Amma "N" hərfinin niyə qadağan olunduğu başa düşülmür. Belə görünür ki, "N", adətən, etiraz bildirən hərf olduğu üçün axtarışı məhdudlaşdırılıb.

Bu xəbər oxundu
- - -